Bir əsr yaşayanların rasionunda çoxluq təşkil edən qidaların siyahısı hazırlanıb.
Diyetoloq həkim İrina Stroqaya uzun ömür sürməkdə 20% genetikanın, 80% həyat tərzi və qidaların rol oynadığını bildirib.
100 il yaşamaq üçün 6 super qidanı sadalayan həkim bunları onkologiyanın profilaktikası üçün də vacib sayıb.
1. Brokkoli, kələmkimilər
2. Tünd şokolad
3. Tam taxıl
4. Çuğundur
5. Qoz
6. Balıq, balıq yağı
Bu qidalar ürək-damar sistemini sağlam tutur, bağırsağı işlədir, beyinin funksiyalarını qoruyur, bədəni cavan saxlayır, qanı təmizləyir.
Həftədə bir gün bu qidalardan birinə həsr edin.