Dişləri təbii yolla ağartmaq üçün 6 qidadan istifadə edə bilərsiniz.
Dişinizi ağartmaq üçün külli miqdarda pul xərcləməkdənsə, bu qidalarla ağartmaq olar. Xüsusən də kərəviz sapı dişləri daha da ağardan qida sayılır.
Qəbul etdiyimiz qidaların bir çoxunda rəng və kimyəvi maddələr var. İllər ərzində qəbul etdiyimiz bu qidalar dişlərimizin rəngini dəyişir, bəzən isə qalıcı olur.
Dişlərimizi təbii yolla ağartmaq üçün istifadə edə biləyəciyimiz qidaların siyahısını oxucularımızla bölüşürük.
Çiyələk
Çiyələk təbii dişağardıcıdır. Tərkibində olan maddələ diş ləkələrini azaldır. Dişinizi ağartmaq üçün gündə 6 ədəd çiyələk yeyin. Çiyələyi yeyərkən çoxlu çeynəmək lazımdır. Uzun müddət çiyələk çeynəmək dişi ağardır.
Alma
Ağ dişlərə qovuşmaq üçün alma yemək lazımdır. Almanı çeynəmək tüpürcək ifrazını artırır. Tüpürcək artanda isə ağızdakı dişlərə bulaşan qida rəngləri qalıcı olmur. Bundan başqa almanın tərkibindəki malik turşusu da dəriyə hopan bakteriyaları yox edir, diş ləkələrini itirir.
Çərəz
Çərəzlərdən də xüsusən qoz, badam və qovrulmuş fındıq yemək dişləri ağardır. Onların tərkibindəki kalsium dişləri gücləndirir.
Saçaqlı pendir
Saçaqlı pendir də dişləri ağardır. Çünki saçaqlı pendir ağızda çox çeynəndikdə tüpürcək ifrazını artırır və dişin üstündəki ləkələri qoparır. Bundan başqa pendirin tərkibindəki kalsium da dişləri gücləndirir.
Kərəviz
Ən təsirli dişağardıcıdır. Təzə kərəvizi birbaşa qəbul etmək olar. Kərəvizin tərkibindəki selluloz maddə karbonat kimidir.
Yerkökü
Yerkökünün tərkibindəki maddələr dişin üzərindəki ləkələri silir. Çoxlu miqdarda yerkökü qəbul etmək və çeynəmək çox faydalıdır.