Dietoloq Andrey Bobrovskiy insanın gündəlik və aylıq ət normalarını açıqlayıb.
Həkim heyvan ətində insan orqanizmi üçün vacib, əvəzolunmaz aminturşuları və zülalın olduğunu bildirib.
Lakin onu normadan artıq çox yemək olmaz.
Belə ki, çəkiyə və yaşa görə gündəlik ət norması 50-150 qramdan artıq olmamalıdır.
"Sutkalıq rasionun 15%-ni ət məhsulu tutmalıdır. Qalan faiz başqa ərzaqlar olmalıdır. Gündəlik qida üçün hər ət növü uyğun deyil. Bəzi ət növlərində çox zərərli yağlar, piylər var.
Tərkibində piy olan ətləri azaltmaq lazımdır. Bunlar mal əti, donuz və yağlı qoyun ətidir.
Bu ətləri həftədə 2 dəfə 100 qramdan artıq yemək olmaz. Yaşlı insanlar isə ayda 2 dəfə yeməlidir.
Gündəlik ət üçün ağ ət, quş əti, balıq əti, dəniz məhsulları, hind quşu və cavan quzu əti uyğundur.
Rasionda qırmızı ət nə qədər çoxdursa, insult, infarkt, damar tıxanması, xərçəng ehtimalı o qədər artır.
Qırmızı ət onkoloji xəstəliklərin səbəbkarlarından biridir.
Əti tavada, qrildə, yağda qızartmayın. Onları qazanda, suda və s. bişirin.
Cavan quzu ətində pis yağlar azdır. Yaşı 60-dan yuxarı, ürək-damar xəstəlikləri olanlar hər gün ət yeməməlidir. Onlar amin turşularını göbələkdən, bitki tərkibli qidalardan, tofu pendirindən, dəniz məhsullarından ala bilər. Xəstələr həftədə 3 dəfə balıq, 2 dəfə toyuq əti yesin".