Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Quranda şəfaət anlayışı

329


Düz deyiblər ki, kəramət müsəlmanların dünyasını, şəfaət isə axirətini məhv etmişdir. Əslində mənə görə, təkcə müsəlmanlar deyil, bütün insanlar bu iki kəliməni səhv dəyərləndirdikləri üçün eyni aqibətə düçar olublar. Biz mövzumuz ecabı şəfaəti izah etməyə çalışacayıq:

Şəfaət nədir? Quranın şəfaət kəliməsinə verdiyi mənaları bu ayələrdən başa düşmək mümkündür:

مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا ۖ وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقِيتًا

"Kim yaxşı bir işə vasitəçilik/şəfaət etsə, ona (bunun) savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır." (Nisə 4/85.)

Bu ayəyə görə şəfaət, yaxşı və ya pis bir işə vasitəçilik etmək və o işin həyata keçməsinə çalışmaq, köməkçi olmaqdır. Klassik düşüncədəki şəfaət anlayışı da bu məna konteksində ələ alınır. Ancaq Quranın şəfaət kəliməsinə verdiyi başqa bir məna da vardır; "cüt olmaq" şəklində bir məna bu ayədən başa düşülür:

وَالشَّفْعِ وَالْوَتْرِ

"And olsun cütə və təkə!" (Fəcr 89/3.)

Deməli, şəfaətin bir mənası da bir bənzərinə əlavə edilən və ya qatılandır (şəfun).[1] Bu halda bir insanın başqa birinə şəfaəti, onun yanına qatılması, bir adam ikən iki adam olması mənasına gəlir. Şəfaət ilə əlaqədar bəzi ayələr bu məzmunda dəyərləndirilə bilər.

Klassik düşüncəyə görə isə şəfaət; axirət günü bir qrup möminlərin bağışlanmaları və bir qrup möminlərin də yüksək dərəcələrə nail olmaları üçün peyğəmbərimizin (s.a.v.) və bəzi böyük şəxslərin (!) uca Allahdan bağışlanma istəmələri və bunun üçün dua etmələridir.[2]

Nə isə ki Quran, vasitəçilik mənasında bir şəfaətin mümkün olmayacağını və hesab günündə Allahdan başqa (mələklə və peyğəmbərlər də daxil) heç kimin şəfaət edə bilməyəcəyini bildirir:

وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ

"Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və (günahkarlara) kömək göstərilməyəcəkdir." (Bəqərə 2/48)

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَنْفِقُوا مِمَّا رَزَقْنَاكُمْ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا بَيْعٌ فِيهِ وَلَا خُلَّةٌ وَلَا شَفَاعَةٌ ۗ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

"Ey iman gətirənlər! Ticarətin, dostluğun və şəfaətin qeyri-mümkün olduğu gündən [Qiyamət günündən] əvvəl sizə verdiyimiz ruzidən paylayın! Kafirlər (nankorluq edənlər) isə zalımlardır." (Bəqərə, 2/254)

وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ

"Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər." (Ənam 6/51)

وَذَرِ الَّذِينَ اتَّخَذُوا دِينَهُمْ لَعِبًا وَلَهْوًا وَغَرَّتْهُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ وَذَكِّرْ بِهِ أَنْ تُبْسَلَ نَفْسٌ بِمَا كَسَبَتْ لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ وَلِيٌّ وَلَا شَفِيعٌ وَإِنْ تَعْدِلْ كُلَّ عَدْلٍ لَا يُؤْخَذْ مِنْهَا ۗ أُولَٰئِكَ الَّذِينَ أُبْسِلُوا بِمَا كَسَبُوا ۖ لَهُمْ شَرَابٌ مِنْ حَمِيمٍ وَعَذَابٌ أَلِيمٌ بِمَا كَانُوا يَكْفُرُونَ

اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ

"Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları (günahlara) görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır.

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?" (Ənam 6/70)

قُلْ لِلَّهِ الشَّفَاعَةُ جَمِيعًا ۖ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

"De: "Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız". (Zümər 39/44)

ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ

"Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?

O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!" (İnfitar 82/18-19)

Görüldüyü kimi, əlaqədar ayələr, hesab günündə peyğəmbərlərin və ya başqalarının vasitəçilik/şəfaət edə biləcəyinə dair ən kiçik bir işarə verməməkdədir. Əksinə, belə bir şeyin əsla mümkün ola bilməyəcəyini və hətta şəfaətçi olduğu zənnedilənlərin qorxudan qaçacaqlarını bildirir:

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ وَأُمِّهِ وَأَبِيهِ وَصَاحِبَتِهِ وَبَنِيهِ لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ


"O gün insan öz qardaşından, ata-anasından, xanımından və oğullarından qaçacaq! O gün onların işi başlarından aşacaq." (Əbəsə, 80/34-37)

وَلَقَدْ جِئْتُمُونَا فُرَادَىٰ كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ وَتَرَكْتُمْ مَا خَوَّلْنَاكُمْ وَرَاءَ ظُهُورِكُمْ ۖ وَمَا نَرَىٰ مَعَكُمْ شُفَعَاءَكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاءُ ۚ لَقَدْ تَقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنْكُمْ مَا كُنْتُمْ تَزْعُمُونَ

"Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz (nemətləri) arxanızda qoyub gəldiniz. Öz aranızda (Allaha) şərik saydığınız şəfaətçilərinizi də yanınızda görmürük. Artıq aranızda əlaqə qırılmış, güvəndikləriniz isə sizdən uzaqlaşmışdır." (Ənam 6/94)

Quran, vasitəçilik edəcək bir şəfaətçinin olmayacağını açıq bir ifadə ilə belə bildirir:

وَيَقُولُونَ هَٰؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللَّهِ ۚ قُلْ أَتُنَبِّئُونَ اللَّهَ بِمَا لَا يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ

"... "Onlar Allahın dərgahında bizim şəfaətçilərimizdir!"- deyirlər. De: "Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?" (Allah) onların qoşduqları şəriklərdən uzaqdır və ucadır." (Yunus 10/18)

Hesab günündə heç kimin şəfaətçi ola bilməyəcəyini bildirən bu açıq ayələrə baxmayaraq, icazə verilənlər üçün şəfaət ola bilər mənasında başa düşüləcək bəzi ayələr vardır. Klassik şəfaət anlayışını müdafiə edənlərin dəlil olaraq göstərdikləri bu ayələrin bir neçəsi belədir:

وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ

"Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allah icazə verdikdən sonra (Onun) istədiyi və razı qaldığı kimsələrdən başqasına heç bir fayda verməz." (Nəcm 53/26)

يَوْمَئِذٍ لَا تَنْفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَٰنُ وَرَضِيَ لَهُ قَوْلًا

"O gün şəfaət, yalnız Rəhmanın izin verdiyi və sözündən razı qaldığı kəslərə bir fayda verir!" (Ta ha 20/109)

وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ

"Şəfaət, Onun (Allahın) izin verdiyi kimsələr istisna olmaqla, heç kəsə fayda verməz..." (Səbə 34/23)

Nümunəsi verilən ayələrdən birincisi axirətdən deyil, dünyadakı vəziyyətdən və Allahın qanunlarından bəhs edər. Çünki ayədə "Göylərdə neçə-neçə mələklər vardır ki," ifadəsilə, dünyanın hazırkı halından bəhs edilməkdədir.

Son iki ayədəki şəfaət, cəhənnəmə gedib orada cəzasını çəkənlərin çıxarılması və ya bu kəlimənin digər bir mənasını nəzərə alarsaq, cənnətdəki əqrabaların bir-birinin yanına qovuşması kimi başa düşülməlidir. Yəni, bu ayələrin hesab (məhşər) günü ilə əlaqəsi yoxdur. Əgər bir əlaqəsi olsaydı mövzunun başında da nümunəsi verilən və daha nümunəsi verilməyən bir çox ayələrin bir mənası qalmazdı. Məhşər günündə insanları hesaba çəkəcək, şəfaət edəcək, söz deyəcək və hökm verəcək olan təkcə Allah Təaladır:

وَأَنْذِرْ بِهِ الَّذِينَ يَخَافُونَ أَنْ يُحْشَرُوا إِلَىٰ رَبِّهِمْ ۙ لَيْسَ لَهُمْ مِنْ دُونِهِ وَلِيٌّ وَلَا شَفِيعٌ لَعَلَّهُمْ يَتَّقُونَ

"Rəbbinin hüzuruna toplanılacaqlarından qorxanları xəbərdar et ki, Allahdan başqa onların nə bir hamisi, nə də bir havadarı vardır. Bəlkə (pis əməllərdən) çəkinsinlər." (Ənam 6/51)

Quranda şəfaətin və axirətdəki hökmün təkcə Allaha məxsus olduğunu bildirən yüzlərlə ayə olmasına baxmayaraq, klassik məzhəb mənsublarının bir çoxu, ayələri öz əqidələrinə uyğun yorumlamaqla, Məkkə müşriklərinin şəfaət anlayışına bənzər bir anlayışa sahib olmuşlar. Hər məzhəb özünə xas xilaskar peyda etmişdir. Dünyada dayıları hesabına səfa sürənlər bu dayılarını axirətə götürmək istəmişlər. Əslində Qurandakı şəfaətlə əlaqədar ayələrin bir çoxu, vaxtilə Məkkə müşriklərinin sahib olduqları şəfaət anlayışlarına bir rəddiyyə olaraq nazil olmuşdur.

Allah Təaladan peyğəmbərimizə "Ən yaxın qohum-əqrəbanı qorxut!" (Şuəra, 26/214) ayəsi nazil olduğu vaxt, Muhəmməd peyğəmbər (s. a. v.) ayağa qalxdı və belə dedi:

"Ey Qüreyş qəbiləsi! Özünüzü xilas etməyə çalışın! Allahın yanında mənim sizə heç bir faydam olmaz! Ey Abdumanaf oğulları, Allah yanında sizə heç bir xeyrim dəyməz! Ey Abdulmüttəlib oğlu Abbas (peyğəmbərin öz əmisi), Allahın hüzurunda mənim sənə heç bir faydam toxunmaz! Ey Səfiyyə (peyğəmbərin bibisi)! Allahın yanında sənə də heç bir xeyrim olmaz! Ey Məhəmmədin qızı Fatimə! Mənim mal-mülkümdən nə istəyirsən istə, ancaq Allahın hüzurunda sənə də heç bir faydam olmaz!" (Buxari, Vəsaya, 11)

Peyğəmbərimiz əleyhissəlamın məhşər günündə şəfaətçi olacağını və ümmətinin böyük günahlarını əfv edəcəyi iddiasını irəli sürənlərə əslində təkcə bu ayə kifaəyt etməkdədir:

قُلْ لَا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلَا ضَرًّا إِلَّا مَا شَاءَ اللَّهُ ۚ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لَاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ ۚ إِنْ أَنَا إِلَّا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ

"(Ey Muhəmməd!) De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir ziyan verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, (özüm üçün) xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir camaat üçün qorxudan və müjdələyənəm." (Əraf, 7/188)

Nəticə etibarilə, hesab günündə heç kimin heç kimə bir faydası, vasitəçilik mənasında şəfaəti olmayacaq və hər kəs öz qazandığının qarşılığını görəcəkdir. Nə mələklərin nə də peyğəmbərlərin belə bir səlahiyyəti yoxdur. Heç kim bir digərinin nə günahını nə də savabını üzərinə ala bilməyəcəkdir.[3] Allahın rizasını qazanan möminlər isə, başqalarının deyil, Allahın şəfaətinə nail olacaqlar.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller