Həzrət Peyğəmbər (s) insanın kəramət və fəziləti barəsində buyurmuşdur: "Allah yanında heç bir şey Adəm övladından əziz deyildir".
Soruşurlar: "Ya Peyğəmbər! Bəs mələklər üstün deyildirlər?".
Həzrət (s) buyurur: "Mələklər - Günəş və Ay kimi öz işlərini cəbr (ixtiyarları olmadan) olaraq yerinə yetirirlər".
İmam Baqir (ə) buyurur: "Həzrət Adəm (ə) vəfat edən zaman növbə onun cənazə namazını qılmağa gəlib çatır. Oğlu Hibətullah deyir: "Ey Cəbrayil! İrəli gəl və Adəmə (ə) namaz qıl!".
Cəbrayil (ə) Adəmin (ə) oğluna deyir: "Ey Hibətullah! Allah bizə göstəriş vermişdi ki, behiştdə atana səcdə edək. Ona görə biz heç bir insana imamətlik edə bilmərik"".
Abdullah ibni Sənan, Əmirəl-möminindən (ə) soruşur: "Mələklər üstündürlər, yoxsa insanlar?".
Həzrət (ə) buyurur: "Allah mələklərə ancaq ağıl vermişdir, nəfsani istəklər deyil.
Heyvanlarda meyil və istəklər qərar vermişdi, ağıl deyil.
Ancaq Adəm övladında hər ikisini qərar vermişdir. Ona görə də o kəslərin ki, ağlı istəklərinə hakim olar - mələklərdən üstündürlər.
O kəslərin ki, istəkləri ağlına qalib gələr, heyvanlardan daha pis olar".
Əgər insan varlıq aləmində tutduğu mövqeyi və məqamı doğru dərk etsə, mələklərdən üstün olar. İnsanlıq və şəxsiyyəti ilə bu üstünlük və fəzilətini isbat edər. Əgər insanlığını əldən verərsə, o zaman nəinki mələklərdən, hətta heyvanlardan belə alçaq səviyyəyə düşər.