Məşiət və iradə
Şey (شَيْء) sözü Qurani-Kərimdə həm isim, həm də məsdər kimi işlədilib. İsim kimi "varlıq", məsdər kimi "var etmək" mənaları verir. Bütün varlıqlara şey deyilir. Allah Təala belə buyurur:
كُلُّ شَيْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُ
Onun zatından başqa hər şey həlak olur (Qəsəs, 28/88).
Bir şeyin həlak olması üçün var olması lazımdır. Buna görə də bu ayədəki şey sözü varlıq mənası daşıyır.
Şey sözü aşağıdakı ayədə məsdər kimi işlədilib:
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئاً أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
Allah bir şeyi var etmək istəsə, etdiyi şey onun üçün: "Ol", - deməkdir. Sonra o şey meydana gəlir (Yasin, 36/82).
Ayədəki شَيْئا ifadəsi məsdər, axırındakı tənvin isə muzafun ileyhdən ivazdır. Yəni, muzafun ileyh götürülmüş, onun yerinə tənvin qoyulmuşdur. Götürülən söz əlavə edildikdə إِذَا أَرَادَ شَيْئاً cümləsi إِذَا أَرَادَ شيئ شيئ formasını alır. Birinci şey (شيئ) məsdər, ikincisi isimdir. Bu cümlənin mənası إحداث شيء و تكوينه إِذَا أَرَادَ = bir şeyi var etmək və meydana gətirmək istədiyi vaxt şəklindədir.
Bu ayədəki şey hələ bir varlıq kimi meydana gəlməyib. Buna görə də şey biri var olması planlaşdırılan, digəri də bir varlıq olaraq meydana gələn olmaqla iki cürdür.
2 - QƏDƏR
Qədər "ölçü" deməkdir. Allah hər şeyi bir qədərə, yəni, ölçüyə əsasən yaradır. Şeyin yaradılmamışdan əvvəl müəyyən edilən ölçüləri yaradıldıqdan sonra tətbiq edilir. Ölçünün yaradılmazdan əvvəl müəyyənləşdirildiyini bu ayələr göstərir:
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ
Biz hər şeyi bir ölçüyə (qədərə) görə yaratmışıq (Qəmər, 54/49).
قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا
Allah hər şey üçün bir ölçü (qədər) qoyub (Talaq, 65/3)
Yaratmadan sonra həmin ölçünün tətbiq edildiyini isə bu ayələr göstərir:
وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا
O hər şeyi yaratmış, sonra ona bir ölçü (qədər) müəyyən etmişdir (Furqan, 25/2).
وَكَانَ أَمْرُ اللَّهِ قَدَرًا مَّقْدُورًا
Allahın işi ölçüsü (qədəri) tamamilə müəyyən olunmuş şəkildədir (Əhzab, 33/38).
Ayələrdən də məlum olduğu kimi şey həm ölçüsü məyyən edilən, həm də o ölçüyə əsasən var edilən varlıq deməkdir.
3 - (شاء) FELİ
(شاء) fieli şey(شئ) məsdərindən əmələ gəlib. Əsli (شيأ)-dir. ي hərfindən əvvəl fəthə olduğuna görə əlif hərfinə çevrilmiş və (شاء) olmuşdur. Məsdərlə fel arasında məna baxımından fərq olmaz. Fel zamandan asılı olaraq meydana gəldiyinə görə yeganə fərq onda olan zaman ünsürüdür. Belə çıxır ki, şey (شئ) -in iki mənası olduğu kimi "şaə (شاء) felinin iki mənası var.
Bunlar Allahın felləri ilə əlaqədardır.
Allah yaxşılıq və pisliyin ölçüsünü (qədər) müəyyən etmiş, qanununu (sünnətullah) qoymuş, yaxşılığı üstün tutmuş və onu təşkil etmə işini insanın göstərəcəyi rəftarla əlaqələndirmiş, yəni, insana da şeyi yaratmaq səlahiyyəti vermişdir. Allahın belə bir kəlamı var:
اعْمَلُوا مَا شِئْتُمْ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
Etməyi planlaşdırdığınız şeyi edin, Allah sizin nə etdiyinizi görür (Fussilət, 41/40).
Bu ayədəki şey hələ yaradılmamış olduğuna görə zehndə var olandır. İnsanın görməli olduğu iş o şeyi qayda-qanununa əsasən etmək və ya etməməkdir.
Bu səbəbə görə Qurandakı (شاء) fellərinin faili Allahdırsa, bunun mənası odur ki, "qoyduğu ölçüyə əsasən yartdı", insan isə "o ölçülərdən birinə əsasən planlaşdırdı və ya etdi".
Bəşəri fellərin meydana gəlməsində iki faktor var; bunlardan biri insan, digəri isə Allahdır. İnsan o şeyin formalaşması üçün cəhd göstərir, Allah da onu yaradır. Quranda belə deyilir:
وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى. وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَى. ثُمَّ يُجْزَاهُ الْجَزَاء الْأَوْفَى .
وَأَنَّ إِلَى رَبِّكَ الْمُنتَهَى .
İnsanın səy göstərdiyi şeydən başqası özünün deyil. Onun səyi yaxında görüləcək, sonra bunun əvəzi ona tamam-kamal veriləcəkdir. Son mənzil Rəbbidir (Nəcm 53/39-42).
مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاء لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلاهَا مَذْمُومًا مَّدْحُورًا وَمَنْ أَرَادَ الآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا كلاًّ نُّمِدُّ هَـؤُلاء وَهَـؤُلاء مِنْ عَطَاء رَبِّكَ وَمَا كَانَ عَطَاء رَبِّكَ مَحْظُورًا
Kim dərhal olanı istəsə, orada onun üçün var etdiyimiz qədərini istədiyimiz kəsə verər, sonra Cəhənnəmi onun yeri edərik. Məzəmmət edilmiş və qovulmuş olaraq oraya daxil olar. Kim də axirəti istəyər və inanaraq onun üçün lazımi işi görərsə, işləri təşəkkürlə qarşılanar. Onların hər birinə, onlara da, bunlara da Rəbbinin ikramından əlavə edərik. Rəbbinin ikramının qarşısı alına bilməz (İsra, 17/18-20)!
Bu ayələrə istinadən içərisində (شاء) feli olan bu ayəyə aşağıdakı kimi məna vermək mümkündür:
وقل الحق من ربكم فمن شاء فليؤمن ومن شاء فليكفر
De ki, bu həqiqət Rəbbimizdəndir. Artıq inanmaq üçün lazım olanı edən inansın, kafir olmaq üçün lazım olanı edən də kafir olsun (Kəhf, 18/29)!
4 - FİTRƏT
Fitrət varlıqların quruluşunu və o quruluşun təşəkkül, inkişaf və dəyişməsini göstərən qanun və qaydalar bütünüdür. Bəşəri fellərlə əlaqədar olan fitrətə dair aşağıdakı ayələr misal göstərilə bilər:
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِّنْهُم مَّن كَلَّمَ اللّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلَ الَّذِينَ مِن بَعْدِهِم مِّن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ وَلَـكِنِ اخْتَلَفُواْ فَمِنْهُم مَّنْ آمَنَ وَمِنْهُم مَّن كَفَرَ وَلَوْ شَاء اللّهُ مَا اقْتَتَلُواْ وَلَـكِنَّ اللّهَ يَفْعَلُ مَا يُرِيدُ
Bunlar peyğəmbərlərdir. Onların bəzisini digərlərinə üstün etdik. Allah onların bəzilərilə danışdı, bəzilərini də dərəcə-dərəcə yüksəltdi. Məryəm oğlu İsaya açıq-aşkar möcüzələr verdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Allah (başqa bir) ölçü qoysaydı, onlardan sonrakılar həmin açıq dəlillər gəldikdən sonra bir-birlərilə döyüşməzdilər. Lakin onlar ixtilafa düşdülər. Onlardan bəziləri iman gətirib inandılar, bəziləri də özlərini görməməzliyə vurub kafir oldular. Əgər Allah (başqa bir) ölçü qoysaydı, onlar bir-birlərilə vuruşmazdılar. Ancaq Allah öz istədiyini edər (Bəqərə, 2/253).
لَوْ-dən sonra gələn iki "şey"dən ikincisi həyata keçməmiş olduğuna görə birincisi də baş verməmiş olur. Buna görə də"وَلَوْشَاء cümləsinə (başqa bir) ölçü qoysaydı" mənası verilib. Əks təqdirdə insanların öz iradələri ilə bir iş görmək imkanından söhbət belə gedə bilməzdi.
Aşağıdakı ayəni də bu məsələ ilə əlaqədar olaraq yada salmaq lazımdır:
سَيَقُولُ الَّذِينَ أَشْرَكُواْ لَوْ شَاء اللّهُ مَا أَشْرَكْنَا وَلاَ آبَاؤُنَا وَلاَ حَرَّمْنَا مِن شَيْءٍ كَذَلِكَ كَذَّبَ الَّذِينَ مِن قَبْلِهِم حَتَّى ذَاقُواْ بَأْسَنَا قُلْ هَلْ عِندَكُم مِّنْ عِلْمٍ فَتُخْرِجُوهُ لَنَا إِن تَتَّبِعُونَ إِلاَّ الظَّنَّ وَإِنْ أَنتُمْ إَلاَّ تَخْرُصُونَ. قُلْ فَلِلّهِ الْحُجَّةُ الْبَالِغَةُ فَلَوْ شَاء لَهَدَاكُمْ أَجْمَعِينَ.
Müşriklər deyəcəklər: "Allah (bizi mömin) etsəydi, nə biz özümüz şirkə düşərdik, nə də əcdadımız. Bir şeyi də haram qılmazdıq". Onlardan əvvəlkilər də beləcə yalana qurşandılar və əzabımızı daddılar. De: "Sizdə bununla əlaqədar bizə göstərə biləcəyiniz bir məlumat varmı? Siz sadəcə olaraq öz zənninizə arxalanırsınız. Siz sadəcə olaraq atıb-tutursunuz".
De: "Susdurucu dəlil Allahın dəlilidir; əgər O, (başqa bir) ölçü qoysaydı, əlbəttə ki, hamınızı yola gətirərdi (Ənam, 6/148-149)".
Birinci ayədən belə məlum olur ki, müşriklər Allahın qoyduğu sistemi gözardı etməyə və öz günahlarını Allahın üstünə yıxmağa çalışırlar. Bu bir cəbr iddiasıdır. Onlar çox yaxşı bilirlər ki, fitrətdə cəbriyyə məsələsi yoxdur. Çalışıb zəhmət çəkən qazanır. Hər hansı bir şey üçün çalışmayan həmin şeyi əldə edə bilməz. Bu səbəbə görə də müşriklərin sözü yalan, dəlil-sübutsuz və puç olaraq təsvir edilib.
İnsanın formalaşdırdığı şey mütləq Allahın qoyduğu ölçülər çərçivəsində meydana gəlir. Bir şeyin xeyir və yaxud şər kimi təsvir edilməsi də bu ölçülərdən irəli gəlir. Allah Təala belə buyurur:
وَمَا تَشَاؤُونَ إِلَّا أَن يَشَاء اللَّهُ رَبُّ الْعَالَمِينَ.
Sizin etdiyiniz şey ancaq aləmlərin Rəbbi olan Allahın yaratdığı ölçülər çərçivəsində olur (Təkvir, 81/29).
5 - İRADƏ
İradə ravd رود kökündən meydana gəlib bir nöqtədən bir hədəfə gedib gəlmək mənası verir. Dincəlib gecələmək və otlaq yeri axtarmaq üçün gedib gələn şəxsin, yəni, raidin gördüyü işə ravd deyilir. Raid gedər, axtarıb baxar və ən yaxşı gecələmə yerinə üstünlük verər. "بَعَثْنا رائداً يرود لنا الكَلأَ والمنزِلَ = Raid göndərdik, bizim üçün otlaq və dincəlmə-gecələmə yeri axtaracaq" deyilir.
الإرادة raidi göndərmək deməkdir. İnsanın daxilində raid kimi gedib gələn bir mələkə var. Bu, bir şeyi etmək və yaxud etməmək məsələsindəki tərəddüd deməkdir. İnsan sonra həmin işi görüb görməmək məsələsində bir qərara gəlir. Hər iki mərhələyə də iradə deyilir.
Buna görə də bunlardan birincisinə təmənna, ikincisinə isə hökm demək daha münasibdir. Hökm bir işə qərar vermək deməkdir. Bundan sonra onu şey halına gətirmə mərhələsi başlayır.
Allahın təmənna mənasındakı iradəsi hər insandan istədiyi şeyləri ifadə edir. Bununla əlaqədar ayələrdən bəziləri belədir:
يُرِيدُ اللّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ
Allah sizə açıq-aydın izah etmək, sizi sizdən əvvəlkilərin (doğru) yoluna yönləndirmək və tövbənizi qəbul etmək istər (Nisa, 4/26).
يُرِيدُ اللّهُ أَن يُخَفِّفَ عَنكُمْ وَخُلِقَ الإِنسَانُ ضَعِيفًا
Allah yükünüzü yüngülləşdirmək istər. Onsuz da insan oğlu zəif yaradılıb (Nisa, 4/28).
Allahın hökm bildirən iradəsi ol əmrini verməsindən əvvəlki iradədir. Allah belə buyurur:
وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ
Allah bir işə hökm verdiyi vaxt onun üçün sadəcə olaraq "ol!" deyir, o da olur (Bəqərə)
Allah Təala bu hökmünü iradə kəlməsi ilə ifadə edib. Bununla əlaqədar ayə aşağıdakı kimidir:

İnsanların iradələri də təmənna və hökm olmaqla iki yerə bölünür. Aşağıdakı ayə Allahla birlikdə insanların da təmənna mənasındakı iradələrini göstərir:
وَاللّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَن تَمِيلُواْ مَيْلاً عَظِيمًا
Allah sizin tövbənizi qəbul etmək istəyir. Öz arzularının (istəklərinin) ardınca düşənlər isə sizin böyük bir zəlalətə düşməyinizi istəyirlər (Nisa, 4/27).
Hökm mənasındakı iradə bütöv bir qərarlılığı göstərən iradədir. Belə bir iradəni şey halına gətirmək Allahın təsdiq etməsi və dəstəyi ilə olduğuna görə Allah Təala belə buyurur:
فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
Bir də qərara gəldinmi, ancaq Allaha təvəkkül et. Allah Ona təvəkkül edənləri sevər (Al-i İmran 3/159).
NƏTİCƏ
"Şey" başqa, "iradə" başqadır; başqa sözlə, bunlar ayrı-ayrı şeylərdir. Heç kim şey sözünə iradə mənası verməz. Lakin tarixən "şey" sözündən əmələ gələn "məşiət" sözünə iradə mənası verilmiş, sonra məşiət kəlməsinin bu terminoloji mənası lüğətlərdə göstərilmiş, daha sonra əsl mənası bir kənara qoyulmaqla (شاء) felinə də iradə mənası verilmişdir. Ərəb dilindəki mimsayağı məsdər felin törədildiyi mənbə deyil. Deməli, ona yüklənən (verilən) yeni mənanı (شاء) felinə daşımaqla səhvə yol verilmişdir.
Bu səhv məna təfsir və məal kitablarında da işlədildikcə Quran bir çox ayəsi cəbri yanaşmaların dəlili halına gəlmiş, hürriyyəti ifadə edən ayələrlə ziddiyyət təşkil edirmiş kimi olmuşdur.
Quranda "şey" varlıq və var etmək, qədər şeyin təşəkkül, inkişaf və dəyişməsi üçün qoyulan ölçü, fitrət Allahın bütövlükdə sistemi, iradə isə o şeyi etmək istəyi ilə başlayıb bir qərar ilə qurtaran xətt mənasındadır.
Bir şeyin formalaşmasında iradənin mühüm bir yeri var, amma iradə əsnasında o şey hələ meydana gəlmiş deyil. Buna görə də bu səhvin düzəldilməsi təfsir və məal kitablarında (شاء) felinə düzgün məna verilməsi çox böyük əhəmiyyət kəsb edir.

Bolme: Maraqli / Dini Melumatlar
Fikirler (0)
Fikir Yaz
loading...
Oxsar Xeberler: