"Heç bir yaradıclıq işimiz yoxdur, yalandan başımızı bulayırıq. Mən dərs demədiyim üçün tələbəm yoxdur, ona görə müsabiqələrdə iştirak edəcək tələbəm yoxdur. İndi Ramazan ayıdır, evdəyəm, oruc tuturam"
Əməkdar artist Elnarə Abdullayeva deyib. Xanəndə yeni elə bir işinin olmadığını bildirib:
"Vallah heç bir şey yoxdur. Oturmuşuq evdə. Guya nə var ki, nə də olsun. Əsas odur ki, can salamat, bir tikə ruzimiz olsun, vəssalam. Vallah vaxtilə xeyriyyəçi idim, daha o xeyriyyəçilikdən də bir şey qalmayıb. Ümumiyyətlə, mənim boyda xeyriyyəçi Azərbaycanda yoxdur. O boyda işi kim görərdi? Kəndimizin daha elə bir problemi yoxdur. Suyu da, qazı da, yolu da var. Çəkdirdiyim bulağa da adımı yazdırmamışam. Adımı Allah-təala cənnətə yazsın. Burda yazmaqla deyil, gərək orda yazasan. Allah hamınızın köməyi olsun, dadınıza çatsın. Salamat qalın".
Qeyd edək ki, Elnarə Abdullayeva doğulduğu Qobustan rayon Çüxanlı kəndinə 12 bulaq çəkdirib. Xanəndə bulağın çəkilməsinə 200 min manat pul xərcləyib.