Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Dünya Onunla yenidən doğuldu

507


Miladi təqvimi ilə 571-ci ilin 20 apreli, günlərdən bazar ertəsi idi. Hələ Hicrət yaşanmamışdı ki, hicri təqvimi də başlamış olsun, amma ərəb təqvimi ilə rəbiyüləvvəl ayının 12-ci günü başlayırdı. Hələ günəş adlanan o səma cismi doğmamışdı. Amma o günəşdən öncə başqa bir Günəş doğuldu. Bir Günəş doğuldu ki, heç zaman qürub etməyəcək. Bir Günəş doğuldu ki, hər səhər çıxıb, hər axşam batdığını gördüyümüz bu səma cismi öz işığını o Günəşdən almış, alır və almaqda da davam edəcək. Şərqdən doğulmadı, qumlar arasındakı Məkkədən yüksələrək keçmişdən gələcəyə, dünyanın o başından bu başına qədər hər zamanı, hər məkanı, bildiyimiz-bilmədiyimiz aləmləri nura qərq elədi və edəcək. Nuru təkcə yer üzündəki qaranlıqları deyil, könüllərdəki, düşüncə və zehniyyətdəki zülməti, cəhaləti nur içində boğub işığa qovuşdurdu. Dünya o Günəşin nuruna təşnəydi, dünya o Günəşin nurunu hələ mayalanmamış bir quzunun anasının məməsini sortuqladığı kimi əmməyə, əmdikcə də özünə gəlməyə başladı.

***
Üzümüzə gələn cüməni şənbəyə bağlayan gecə, sübh zamanı günəş doğmadan öncə doğuldu və gəlişi ilə bu dünyanı şərəfləndirdi. Onun mövludu, yəni doğumu ilə dünyada yeni bir mərhələ başladı. O bu dünyaya göz açıb, bu dünyanı cəhalət burulğanından sevgi atmosferinə daşıdı, Göndərənin inayəti ilə heçliyi varlığa çevirdi, faniyə Əbədinin qapısını göstərdi, Adəm oğluna əbədi xoşbəxtliyin sirrini öyrətdi. Bu gün təkcə bir gün deyil ki! O gündən bu günə kimi və bu gündən də sona qədər bütün zamanlar bir gün kimidir.
Peyğəmbərimizin (s.ə.s.) doğum günü təkcə Onun doğum günü deyil, Adəmdən sonuncu insana qədər gəlmiş və gələcək hər bir insanın doğum günüdür. "Bu necə olur?" - deyənlərə cavabımız "Bu dünya Onun üzü hörmətinə yaradılmadımı"dan başqa da nə olacaq ki? Hər halda bundan daha məntiqli qarşılıq ağlımıza gəlmədi və elə bilirik ki, ən doğru olanı da elə budur.
***
O, aləmlərə Allah-Taalanın ən böyük lütfü, mərhəməti olaraq göndərildi. Ən gözəl əxlaqı, Adəm oğluna həm bu dünyada, həm də axirətdə xoşbəxt olmağın yollarını göstərmək, tanıtmaq, öyrətmək üçün göndərildi. Onun ustadı, müəllimi Allah-Taaladan başqa kimsə deyildi, Onun əxlaqı Quran əxlaqından bir hərf qədər də olsun sağa-sola yayınmadı. O elə bir nur, o elə bir günəşdir ki, dünya durduqca işığı dünyamızı nura qərq edəcək. O elə bir günəşdir ki, kainat(lar)da - hər şey, bütün Günəş(lər), Ay(lar), Ulduz(lar) nurunu Ondan alır, Onun başına dolanır, Onu təvaf edir.
"Bir əcəb Nur kim, Günəş pərvanəsi"- deyən Süleyman Çələbi (Allah-Taala qəni-qəni rəhmət eləsin!) bu həqiqəti nə qədər də dəqiq, nə qədər gözəl ifadə edə bilib. Bu cür sözlərə baxanda "Allah-Taala bəzi sözləri bəzi qullarına onların özlərindən xəbərsiz, əllərindən tuturmuş kimi yazdırır"- deməkdən də özümü saxlaya bilmirəm.
***
Ədaləti, dürüstlüyü yaydı, fədakarlığın zirvəsini yaşadı insanların gözü önündə. "Sevdirin, nifrət etdirməyin, asanlaşdırın, çətinləşdirməyin" dedi. Quranın tələb elədiyi həyatı yaşadı və örnək oldu ətrafındakılara. Ayaqlar altında inləyən qadını ucaldıb, başlara tac elədi, "Cənnət anaların ayaqları altındadır" söylədi. Allah üçün sevdi, Allah üçün savaşdı, Allah üçün yaşadı, Allah üçün yaşamağı öyrətdi. Əslində Allah üçün yaşamaq, Allahın istədiyi kimi yaşamaqdır ki, bu da hər şeydən əvvəl o ömrü yaşayana fayda gətirər. Öz nəfsinin istədiyini söyləmədi, Allahın buyurduqlarını təbliğ elədi. Gözəl əxlaqı tamamlamaq üçün gəlmişdi və ən gözəl əxlaqın da İslam olduğunu bütün dünyaya elan elədi.
Bir gün ibadətlə məşğul idi və bir çöl ərəbi (bədəvi) gəlib yanında dayandı. Rəsulullah ibadətini tez tamamlayıb, onun gəlişinin məqsədini soruşdu. Bədəvi:
- Ya Rəsulullah, qiyamət nə zaman olacaq?- dedi. Üzündən dörd bir tərəfə nur saçan Rəsulullah sualı sualla qarşıladı:
- Qiyamətə nə hazırlamısan?
Bədəvi normal ibadətindən əlavə, hər hansı hazırlığının olmadığını, amma Allahı və Onun Peyğəmbərini çox sevdiyini deyincə Rəsulullah qiyamətə qədər hər kəsin qəlbinə təsəlli olacaq bir müjdə verdi:
- Qiyamət günü hər kəs öz sevdikləri ilə birlikdə olacaq.
***
Quran ona Allah və mələklərin səlat və səna etdiyini bildirir və bizə də onun üçün səlat və səlam etməyi əmr edir. Peyğəmbərə Allahın səlat etməsi onu dəstəkləməsi, müzəffər qılmasıdır; mələklərin səlat etməsi onun üçün dua etmələridir; bizim səlat etməmiz isə dua etməmiz və ən başlıcası isə sünnəti-səniyəsinə uymamız, yəni onun həyatını örnək alaraq Onun yolunu tutmamız, Onun kimi yaşamağa çalışmamızdır.
Bir dəfə səhabələrinə "qardaşlarım üçün darıxdım" deyir və səhabələr "biz sənin qardaşın deyilikmi, ey Allahın Rəsulu?" sorunca "siz mənim səhabələrimsiniz. Qardaşlarım isə sonradan gələcək və məni görmədiyi halda sevəcək olan müsəlmanlardır". Onu sevmək ata-ana, qardaş-bacı, oğul-uşaq, dost-tanış sevməyə bənzəməz. Allah və Peyğəmbərinin haqqı hər haqqın üstündə olduğu üçün Allah və Peyğəmbər sevgisi də hər sevginin üstündə olmalıdır. Onu öz canından da, ən çox sevdiklərindən də çox sevməyən, gerçək iman etmiş sayılmaz.
Son peyğəmbər olaraq gəldi, həm də insan olaraq gəldi, bizə insan kimi yaşamağın örnəyini göstərdi. Acdı, amma ac olduğu halda süfrəsindəki son tikəsini paylaşmağı öyrətdi; övlad itirdi, dərdi necə qarşılayıb necə həzm etməyin nümunəsini göstərdi; üstünə diləyə gəldilər, əlində-ovcunda olmadığı halda borc alıb pay verməyi öyrətdi; cahillər qəlbini qırdılar, əlini-ayağını al-qana boyadılar, dünyanın bütün incilərinin yanında bir zərrə qədər də dəyər etmədiyi dişini sındırdılar, amma ədavət saxlamadı, cahillərlə deyil, cahilliklə savaşdı; insanı cəhalət aslanının ağzından necə xilas etməyin yolunu öyrətdi bizə, bizə təkbaşına bu dünyaya qarşı dayana, savaşa bilmək üçün güc mənbəyinin açarını verdi; insan üçün fəlakətin, faciənin doğru yoldan azmaqdan, Haqqı tanımamaqdan və insanlıq borcundan imtina etməkdən başqa bir şey olmadığını təlim etdi... Nə öyrətmədi ki... nə göstərmədi ki... nə söyləmədi ki... Yaşayaraq göstərdikləri, öyrətdikləri, söylədikləri əslində insanlığın əbədi xoşbəxtlik reseptindən başqa da bir şey deyildi. Allah-Taalanın Onu bizlərə mələklər içindən deyil, bir insan şəklində göndərməsinin bir hikməti də ondaydı ki, hər şeyi Ona baxaraq öyrənək. O, sevənlərini Özündən məhrum qoymaz ki! Hər zaman sevdiklərinin və sevənlərinin gözünün qarşısındadır. Bilmədiklərini Ondan soruşaraq öyrənir, bir müşkülə düşəndə Ona baxaraq nicat yolu tapırlar sadiq dostlar.
***
Onun doğum günü özünü Onun yolunda hesab edən kimin doğum günü deyil ki? Biz hamımız Onunla eyni gündə doğulmadıqmı? Biz hamımız Allah-Taaladan öz mərhəməti ilə yanaşı, Onun da şəfaətini diləmədikmi? Biz hamımız bulud kölgələrinin belə insana sığınacaq olmadığı o gündə Onun bayrağının altına sığınmaq təmənnası ilə çırpınmadıqmı? Onun hovuzunun kənarında, Onun dizinin yanında özümüzə yer tapıb əbədi səadətə qovuşmağı həyatımızın misilsiz istəyi olaraq görmədikmi?
Onu tanıyanlar Onu öz canlarından çox sevdilər, "Canım qurban olsun Sənin yoluna", "Ayağının tozunu tapıb, üzümə sürə bilsəydim", "Qapında Kıtmirin, köpəyin olum, bu şərəfi bu quluna layiq görərsənmi, ya Rəsulullah?" söylədilər, söyləyirlər, söyləyəcəklər.
- Ya Rəsulullah, Sənə dost olmaq Haqqa dost olmaqdır. Haqq-Taala Sənin vasitənlə insanlığa göndərdiyi Qurani-Kərimində "Allaha inananlar Onun Rəsuluna itaət etsinlər" buyurmadımı?- Əlbəttə, buyurdu. Səni sevmək Allahı sevməkdir. "Hər kəs sevdikləri ilə birlikdə olacaq",-deyib insanlığa elə bir müjdə verdin ki, qarşılığında adamın min canı olsa, minini də muştuluq verməyi gələr.
***
Əvvəlcə, O gəlməliydi ki, ardınca da uca səmalardan bir Ramazan günü Qurani-Kərimin əmrləri Hira mağarasından başlayıb ayə-ayə, surə-surə insanlığın ruhuna endirilməyə, Adəm oğlu ilə bütövləşməyə, qarışmağa, qovuşmağa başlasın.
Onun doğum günü ədalətin təntənəsidir; işığın zülmət, insanlığın cəhalət, varlığın yoxluq, sevginin nifrət, ədalətin zülm... üzərində zəfər bayramıdır; dünyanın rənginin, mahiyyətinin, səmtinin dəyişdiyi, hər şeyin yaxşıya, xeyrə yön aldığı gündür. "Bu günü bir adamın adı ilə məhdudlaşdırmaq az olar" demək gəlsə də dilimə, o "bir adam" Sən olunca "Sənə bu dünya fəda, sənə canlar fəda, sevən könüllər fəda" demək keçdi içimdən. Bu dəfə də "Sən qəbul etməzsən" qorxusu sardı ruhumu.
***
İnsan nəyin təşnəsidirsə, yuxusunda da onu görür. Sən Onu çox düşünsən, layiqincə sevə bilsən, yuxuna gələr, bu gəliş həyatına rəng qatar. Onu görmədən sevmək bir başqa duyğu yaşadır könül sahiblərinə. Sevmək, həm də necə sevmək, Yunus dədənin təbirincə, Veysəl Qərani kimi "araya-araya bulsam izini, İzinin tozuna sürsəm üzümü" təşnəsi, həsrəti ilə sevmək...
Əsl sevgi gələndə aradan zaman və məkan fərqləri qalxır. Allah sevməyi əmr edir və sevənləri də uca tutur, böyük sevgilərə də böyük mükafatlar vəd edir. Onu canından çox sevənlər, hər işdə ona bənzəyənlər, Mövlanalar, Yunus Əmrələr, Mehmet Akiflər Onun qardaşları deyillərmi?! İnanıram ki, bu gün də dünyamızda onun qardaşları var, sabah da olacaq.
Qurani-Kərim şəhidlərə ölü deməyi yasaqlayır və onların Allah qatında diri olduqlarını, naz-nemət içində olduqlarını müjdələyir.
***
Nə yaxşı Sən varsan, nə yaxşı ki, ruhumuz nurunla isinir, nurunla baxırıq dünyaya. Sənin olmadığın dünyada, dünyasında sən olmayanlara eyvah, eyvah, eyvah...
Səni tanıyan sevginin nə olduğunu anladı, Səni tanıyan həyatın dadını duydu ruhunda, Səni tanıyan özünü tanıdı, yolunu tanıdı, varacağı son mənzilini tanıdı... Sən həyatın dadısan, Sənsiz həyat zəhər dadar damaqlarda. Şairlər Səninlə coşdular, adına şeirlər yazıldı, adına kitablar bağlandı. Onlar sənə bir şey qazandırmadı ki. Sənin adın bərəkət toxumu kimi onların ruhunu, duyğularını, yazdıqlarını dəyərləndirdi, şərəfləndirdi, yüksəltdi.
Onun doğum günü təkcə Onun yox, Onun üzü hörmətinə yaradılmış dünyanın və dünyanın içindən gəlib keçmiş və gəlib keçəcək hər kəsin doğum günüdür.
Onun doğum günü kimin doğum günü deyil ki?.. Rast gələndə üzümüzə təbəssümlə baxıb keçən gəncin, ağacın yanında dayananın, bir qədər o tərəfdə kitab oxuyanın, ağlayan körpənin, qatarın son pəncərəsindən əl yelləyib dumanlar içində gözdən itənin, sənin, mənim...
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller