Vitaminlərin orqanizmdə rolu olduqca böyükdür. Bu səbəbdən onların defisiti müxtəlif pozulmaların inkişafına səbəb olur.
Soyuq fəsillərdə hipovitaminoz ("hipo" - az) xüsusilə təhlükəlidir ki, bu zaman immun sistemi zəifləyir və insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır.
Rusiyalı immunoloq Anna Şulyayevanın sözlərinə görə, vitamin çatışmazlığı ilk növbədə xarici görünüşümüzə təsir edir.
"Solğun və səpkilərə meylli olan dəri, quru və zəif saçlar, tez-tez qırılan, soyulan dırnaqlar - bütün bunlar vitamin çatışmazlığına işarə edir", həkim bildirib.
Bundan əlavə zəiflik, səbəbsiz yorğunluq, süstlük da vitaminlərin defisitinə işarə edən simptomlardandır.
Hipovitaminozdan əziyyət çəkən insan səhərlər çətinliklə durur, gün ərzində yuxulu olur.
Həkim Şulyayeva bildirib ki, bu simptomları olan insan qidalanmasına fikir verməlidir. Həkimlə məsləhətləşdikdən sonra vitamin kompleksini qəbul etmək olar.