Tez sağalmağın yolları
1. Pomidor, turşu nisbəti yüksək olduğundan məlum olanın əksinə bir tərəvəz deyil, meyvədir. A və C vitamini baxımından olduqca zəngin olan bu qırmızı meyvə, salatlarda, hazırladığımız yeməklərdə mövsümünə görə təzə və ya konserv olaraq istifadə edilir. Pomidorun tərkibində olan ən mühüm antioksidantlardan biri olan likopenin bişirilmə prosesi ilə birlikdə orqanizmdə artır. Bu sayədə pomidor orqanizmdə olan sərbəst radikallara qarşı vuruşur, immunitetin güclənməsinə və sağalma prosesinin sürətlənməsinə yardımçı olur.
2. Qrip və soyuqdəymənin müalicəsi zamanı limon da ilk ağıla gələn qidalar arasında yer alır. Tərkibindəki C vitaminləri tez sağalmağa kömək edir və limonun yeməklərlə birlikdə qəbul edilməsi məsləhət görülür.
3. Çuğundur suyu, tərkibində olan nitrat ilə qan axınının tənzimlənməsinə və hüceyrələrin oksigen qəbuluna dəstək olur. Xüsusilə qrip və soyuqdəyməsi olanların tez-tez şikayət etdiyi əzələ yığılmalarının qarşısını almaqda yardımçı olur və əzələ ağrılarının qarşısını alır. Xəstəlik mərhələsində gündə 2 stəkan çuğundur suyu içməyiniz özünüzü daha enerjili hiss etmənizi təmin edir.
4. Ədviyyatların tərkibində olan antioksidantlar da immunitet sistemini dəstəkləyir. Hətta bəzi ədviyyatlar, boğazda yaranan infeksiyaların sağalma prosesini sürətləndirir.