Dadlı peçenya resepti
Peçenyalar həm bayram, həm də adi günlərdə sevilən və geniş istifadə olunan şirniyyat növüdür. Hazırlanması isə sadə və asandır.
Ev şəraitində bu peçenyanı hazırlamaq üçün lazım olanları təqdim edir:
Tərkibi:
200 qr. kərə yağı
1 stəkan şəkər
200 qr. xama
2 yumurta
4-5 stəkan buğda unu
Yarım çay qaşığı soda
Hazırlanma qaydası
Şəkəri yumurta ilə ağarana kimi çalın. Bu xəmirin hazırlanması üçün əsas şərt - yumurtanın soyudulmuş olmasıdır. Kərə yağını yumşaldın, yumurta qarışığını çalmağı dayandırmadan onun üzərinə yağ, soda və vanilin əlavə edin. Sonda həcmli kütlə alınmalıdır.
Alınmış kütlənin üzərinə un əlavə edin və yumşaq xəmir yoğurun. Xəmiri təxminən 1.5 sm. qalınlıqda yayın, sonra istədiyiniz formada peçenyelər kəsin. İstəkdən asılı olaraq yayılmış xəmirin üzərinə şəkər ilə qarışdırılmış darçın və ya xırdalanmış qoz da səpmək olar.
Bişirmə qabına marqarin sürtün və peçenyaları onun üzərinə düzün. Bu zaman peçenyelərin üzərinə kişmiş və ya mürəbbədən meyvə dəni qoya bilərsiniz, sadəcə onları birazca xəmirə batırmaq lazım olacaq.
Bu peçenyanın növbəti maraqlı üsulları da var:
Əvvəlki reseptə uyğun xəmir yoğurun və onu 2 yerə bölün. Xəmirin bir hissəsinə 0.5 çay qaşığı kakao tozu əlavə edin və yaxşıca yoğurun. Ayrı-ayrılıqda iki xəmir yayın (adi və kakaolu) və eyni ölçülü peçenye formalarında kəsin. Peçenyalar bişdikdən sonra istənilən kremin, qaynanmış qatılaşdırılmış südün və ya cemin köməyi ilə açıq və tünd rəngli peçenyaları bir-birinə birləşdirin.
Peçenyaları bir az uzunsov, "barmaq" formasında kəsin və bişirin. Hazır peçenyaları əridilmiş şokolada batırıb soyuducuya qoyun ki, onların üzərindəki şokolad donsun.