Bəzi yeməkləri bişirmək, qidaları qorumaq üçün müxtəlif üsullardan istifadə edilir.
bu üsullardan bəzilərini təqdim edir.
Duz yox, limon
Makaronu qaynadanda duz əvəzinə limon sıxın. Bu zaman makaronlar bir-birinə yapışmaz və soda qəbulu olduqca azalar.
Ətə qəhvə əlavə edin
Qırmızı bibər, qara istiot, duz, cirə, kəkotu vəs. ilə basdırma etdiyiniz ətə bir az üyüdülmüş qəhvə və 1 çay qaşığı şəkər qatın. Bu zaman ət daha dadlı olacaq.
Omletə krem pendir əlavə edin
Omlet hazırlayanda yumurtaya bir xörək qaşığı krem pendir əlavə edin və qarışdırın. Omlet daha ləzzətli olacaq.
Makaron sousuna turşu
Makaron üçün sous hazırlayanda 2 stəkanlıq sousa stəkanın dörddə biri qədər turşu əlavə edin. Sonra isə qazın üzərinə qoyun. Asta xodda qarışdırın, qaynamağa imkan verməyin.
Qəhvəni təzə saxlamaq üçün
Qəhvə saxladığınız qaba iki parça qənd atın və ağzını möhkəm bağlayın. Bu zaman qəhvə təzə qalacaq.
Boyat çörək
Boyat çörəyin üzərinə su səpin, folqaya bükün və peçdə 5-10 dəqiqə saxlayın.
Kartofu əvvəlcə qaynadın
Peçdə bişirmək istədiyiniz kartofu əvvəlcə 15 dəqiqə qaynadın və çəngəllə deşin. Bu, kartofun daha tez bişməyinə kömək edəcək
Qarğıdalı qaynatmaq
Qarğıdalı qaynadanda qazana bir çay qaşığı şəkər əlavə edin. Bu, qarğıdalının daha dadlı olmasını təmin edəcək.