Evdə əriştə hazırlamağın ASAN ÜSULU
Əriştəni çox sevirsinizsə, sizə özəl bir reseptimiz var. Evdə əriştə hazırlamağın asan üsulunu göstərir.
Lazım olanlar:
2 ədəd yumurta
Bir stəkan su
2 stəkan un
Hazırlanması:
Verilən ərzaqları ləyəndə yoğurun və xəmiri 15-20 dəqiqə kənarda saxlayın. Xəmirdən ovuc böyüklüyündə kündələr hazırlayın və yayın. İstəsəniz kvadrat, istəsəniz də lentlər şəklində kəsin. Xəmiri xarab olmadan altı ay boyunca saxlayar, istədiyiniz zaman istifadə edə bilərsiniz.