Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Duanın qəbuluna mane olan 7 günah

222


[center]Duanın qəbuluna mane olan 7 günah"Kumeyl" duasında oxuyuruq:

اَللّهُمَّ اغْفِرْ لِي الذُّنُوبَ الَّتي تحبس الدعاء

"Allahumməğfir liyəz-zunubəl-ləti təhbisud-dua." - "İlahi, duanı həbsə salan (duanın qəbuluna mane olan) günahlarımı bağışla!"

İmam Zeynəlabidin (ə) buyurur ki, duanın qəbuluna mane olan yeddi günah bunlardır:

1. Suun-niyyəti - Pis niyyət:

Niyyət dedikdə, məqsəd və iradə başa düşülür. İslam dini öz ardıcıllarını - nəinki insanlara, hətta heyvanlara və təbiət aləminə qarşı - xoş münasibətə çağırır.

İnsan hamı üçün xeyir və səadət istəməli, imkan daxilində xalqın çətinliyini aradan qaldırmağa çalışmalıdır. Xoş niyyət o qədər dəyərlidir ki, onun müqabilində böyük mükafatlar vəd edilir.

İmam Sadiq (ə) buyurur: "Fəqir mömin belə dua edir: "Pərvərdigara, mənə ruzi əta et ki, xeyir işlər görə bilim. Əgər onun niyyəti xalis olsa, hələ heç bir xeyir iş görməmiş onun əməl naməsinə savab yazılar..." ("Məhəccətul-bəyza", c.8, səh.106.)

Rəvayət olunur ki, çınqıllı yerdən keçən bir ac kişi "əgər bu çınqıllar təam olsaydı, onları xalq arasında bölərdim" deyə düşünür. Allah Öz peyğəmbərinə vəhy edir ki, bu şəxsə "sədəqən qəbul olundu və mükafatına çatdın" - söylə". ("Məhəccətul-bəyza", c.8, səh.104.)

İnsan bütün ətrafdakılara münasibətdə pis niyyətdən çəkinməlidir. Pis niyyət insanın qəlbini qaraldır, onu çirkləndirir və günah üçün şərait yaradır.

2. Və xubsus-sərirəti - Gizli çirkin sifət (daxili xəbislik):

Nifaq, bədgümanlıq, kin, eqoizm, riya, təkəbbür, lovğalıq, paxıllıq, xəsislik, tamah, həsəd, Allah düşməninə məhəbbət olduqca təhlükəli günahlardır. Bu günahların dünya və axirət əzabından əlavə, duanın qəbulunu əngəlləməyi də var.

İmam Baqir (ə) münafiq haqqında buyurur: "Pis o bəndədir ki, eyib axtarır, pis danışır, abır aparır, dost kimi gəlib düşmən kimi arxa çevirir". ("Səvabul-əmal", səh.269.)

3. Vən-nifaqu məəl-ixvan - Din qardaşlarına qarşı nifaq və ikiüzlülük:

Nifaq, ikiüzlülük, üzdə özünü möminlərə dost kimi göstərib, arxada düşmənçilik etmək o qədər çirkin sifətdir ki, Allah-Taala Quranda ona görə ağır əzab və cəhənnəm vəd edir.

Münafiq - düşmənlərlə müntəzəm əlaqə saxlayıb, möminlər üçün çətinlik yaradan şəxsdir. O, möminlərin sirrini xain şeytansifətlərə, fironməslək zalımlara açmaqla məşğuldur.

Münafiq çox çətin müalicə olunan bir xəstədir. Münafiqin imanı dilində, küfrü qəlbindədir. Onun ruhu çirkin, əxlaqı puç, əməli ləyaqətsiz, düşüncəsi şeytanidir. Münafiq, işi-gücü hiylə qurmaq olan təhlükəli bir mövcuddur.

Bu xainlərin nişanələrini açıqlayan Quran ayələrindən əlavə, onların iç üzünü göstərən mötəbər hədislər də vardır.

İmam Rza (ə) Məhəmməd ibn Fuzeylə yazdığı cavab məktubunda münafiqlər haqqında buyurur: "Allaha, İslam ayinlərinə, Peyğəmbərə (s) və müsəlmanlara hiylə quran ikiüzlülər Peyğəmbər (s) ardıcıllarından, iman əhlindən, müsəlman zümrəsindən deyildirlər. Onlar özlərini zahirdə imanlı və mömin kimi göstərir, küfr və inkarlarını gizlədirlər. Allah onların hamısına lənət etsin." ("Biharul-ənvar", c.69, səh.175.)

İslam Peyğəmbəri (s) buyurmuşdur: "Batini zahiri ilə bir olmayan şəxs - kim olur-olsun, necə olur-olsun, harada olur-olsun, hansı məqamda olur-olsun, münafiqdir." ("Misbahuş-şəriət", səh.25.)

4. Və tərkut-təsdiqi bil-icabəti -Duanın qəbuluna inamsızlıq:

Duanın qəbuluna mane olan səbəblərdən biri də inamsızlıq, sui-zəndir. Dua edən insan Allah tərəfindən duaya dəvət olunduğunu və Allahın bu duanı qəbul edəcəyinə vəd verdiyini unutmamalıdır.

Bütün varlıq aləminə hakim Allah üçün hər hansı duanı yerinə yetirmək heç bir çətinlik törətmir. İstər asan, istərsə də çətin bir iş Allahın yalnız bir əmri ilə həyata keçir. Bu səbəbdən də sonsuz qüdrət, bəsirət, kərəm, lütf, rəhmət sahibi olan Allaha dua edərkən ümidsizliyə, inamsızlığa heç bir əsas yoxdur. Dua və onun qəbulu haqqında mötəbər mənbələrdə çoxlu rəvayət mövcuddur. Həzrət Əba-Əbdillah (ə) buyurmuşdur : "Bəndə dua edər, sonra Allah iki mələyə buyurar: "Mən onun duasını qəbul etdim. Amma hələlik istəyinin yerinə yetirilməsini yubadın ki, duasına davam etsin. Çünki onun səsini eşitmək xoşdur." Amma elə bəndə də var ki, o, dua etdikdə, Allah buyurar: "Onun istəyini tez yerinə yetirin. Çünki o, nifrət doğurur."

5. Və təxirus-sələvatil-məfruzati hətta təzhəbə əvqatuha - Vacib namazı təxirə salıb vaxtını ötürmək:

Namaz kamil bir ibadət, bəndəliyin ən gözəl mərasimi, Allah qarşısında kiçikliyin izharıdır. Ayə və rəvayətlərdə namaz haqqında çox mühüm həqiqətlərə işarə olunmuşdur.

Namaz insanı çirkin işlərdən uzaqlaşdırır. Namaz qılmaq möminlik nişanəsidir. Bütün peyğəmbərlər namaz qılmış, öz ailə üzvləri və yaxınlarını namaza dəvət etmişlər. Namazı hifz etmək vacib vəzifələrdəndir. Namaz qılmayan şəxs Allahın rəhmətindən və şəfaətçilərin şəfaətindən məhrumdur.

Namaz dinin qanunlarından, Allahı razı salan məqamlardan və peyğəmbərlərin aşkar yollarından biridir. Dini qəbul edən insan üçün ilk vəzifə namazdır. Namaz dinin şərəfi və qüdrətidir.

Şeytanın həmlələri qarşısında namaz möhkəm bir səddir. Namaza görə ilahi rəhmət nazil olar. Allaha doğru ən sevimli əməl namazdır. Həzrət Peyğəmbərin (s) son vəsiyyəti də namaz olmuşdur. O, namazı gözünün nuru adlandırırdı. Namaz insanı təqvaya və pəhrizə yaxınlaşdırır. İlahi mərifətdən sonra ən üstün əməl namazdır.

O, dinin sütunudur. Qaydasınca qılınan namaz bağışlanma səbəbidir. Qiyamətdə də ilk öncə onun haqqında soruşular. Allah-Taalanın nəzər saldığı ilk əməl də namazdır.

İlk hesaba çəkilən də namaz olar. Namaz insanı təkəbbürdən uzaqlaşdırır. Namazın qəbul olunması üçün təqvalı və pak olmaq, günaha yol verməmək lazımdır. Namazı əvvəl vaxtında qılmaq axirəti dünyadan üstün tutmaqdır.

Mömin şəxs üçün vaxtında qılınan namaz var-dövlətdən, ailə-övladdan, bir sözlə, bütün dünya işlərindən üstündür. Namaz qılmayan kafirdir və öləndən sonra yəhudilər cərgəsində durar. Namazı qaydasınca qılmamaq duanın qəbul olmasına maneçilik törədir.

6. Və tərkut-təqərrubi iləllahi əzzə və cəllə bil-birri vəs-sədəqəti - Yaxşılıq və sədəqəni tərk etmək:

Xalqa ehsan, ehtiyaclılara sədəqə vermək Allahın razılığına, Onun rəhmətinə, duanın qəbuluna nail olmaq üçün əsas səbəblərdəndir. İslam Peyğəmbəri (s) buyurur:

"Sədəqə insandan yetmiş bəlanı uzaqlaşdırar..." ("Kənzul-ummal", hədis 15982.)

"Sədəqə verin, xəstəliklərinizi sədəqə vasitəsi ilə sağaldın. Şübhəsiz ki, sədəqə narahatlıqları aradan qaldırar, xəstəlikləri dəf edər, ömrü və yaxşılıqlarınızı artırar". ("Kənzul-ummal", hədis 16113.)

7. Və isti`malul-bəzai vəl-vuhşfi fil-qəvli - (Xalqla) danışarkən yersiz sözlərə yol verib söyüş işlətmək:

("Məanil-əxbar", səh.269.)

Dil haqq və müsbət sözlər danışıb xalqı doğru yola yönəltməklə böyük savab qazana bildiyi kimi, məntiqsiz və çirkin sözlər danışıb qeybət və böhtana yol verməklə əbədi əzaba düçar ola bilər. Peyğəmbər (s) buyurur: "Şübhəsiz ki, insanın bir çox xətaları onun dilindədir". ("Kənzul-ummal", c.3, səh.549.)

İmam Sadiq (ə) buyurur:

"İnsanın işində şeytanın iştirak əlamətləri bunlardır: Söyüş söyən olsun, nə danışmaqdan və onun haqqında nə danışılacağından qorxmasın." ("Kafi", c.2, səh.323.)

"Söyüş söymək batildir, batil isə atəşdədir." ("Kafi", c.2, səh.325.)

Bir sıra rəvayətlərdə belə nəql olunur: "Müsəlman qardaşına söyüş söyən şəxsin ruzisindən bərəkət götürülər, o özbaşına buraxılar, yaşayış vasitələri məhv olar." ("Kafi", c.2, səh.225; "Kumeyl duasının şərhi", Ustad Hüseyn Ənsarian, 1-ci cild, səh.100-120.)
[/center]
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller