İmam Sadiq (ə) buyurmuşdur: Dörd varlıq camaatın onlar barəsində etdikləri duanın səsini eşidər:
1. Peyğəmbər (s);
2. Hurul-eyn;
3. Cənnət;
4. Cəhənnəm.
1. Hər kəs Peyğəmbərə (s) salavat göndərsə və ya ona salam versə o həzrətə (s) çatar (və o həzrət onun cavabını verər).
2. Hər kəs desə ki, Pərvərdigara, məni hurul-eynlə evləndir, onlar onun səsini eşidər və deyərlər: "Pərvərdigara, filan kəs Səndən bizi istəyir, bizi onunla evləndir".
3. Hər kəs dua etsə ki, Pərvərdigara məni cənnətə daxil et, behişt onun səsini eşidər və deyər: "Pərvərdigara məndə onun üçün yer ayır".
4. Hər kəs cəhənnəm atəşindən Allaha pənah aparsa, cəhənnəm deyər: "Pərvərdigara, ona pənah ver".