Sirat körpüsünün ən təhlükəli hissəsi hansıdır?
Şeyx Səduq Sirat körpüsündə insanları gözləyən çətinliklər barəsində buyurur: "Bizim Sirat körpüsündəki çətinliklər barəsindəki əqidəmiz belədir ki, onların hər biri bir dini vacibatla bağlıdır. İnsan bu körpüdən keçməyə vəzifələndirilmişdir.
Nə zaman bu körpünün hissələrindən birini Allahın lütfü sayəsində keçər, o biri hissəsinə çatar ki, gərək onu da keçsin. Bu tərtiblə gərək körpünün bütün hissələrindən keçsin. Əks halda cəhənnəmə süqut edəcəkdir.
Bu körpünün hissələrindən birinin adı vilayətdir ki, insanların əksər hissəsi orada ilışıb qalarlar. Çünki orada Məsum İmamlarla (ə) bağlı sorğu-sual olarlar.
Sirat körpüsünün ən təhlükəli hissəsi isə mirsad adlanan hissədir. Allah izzət və cəlalına and içmişdir ki, zalımları bu hissədən buraxmayacaqdır. "Beləliklə Rəbbin onlar(ın başların)a müxtəlif əzabların qamçısını endirdi". ("Fəcr" 13).
İmam Əli (ə) zalımları xəbərdarlıq edərək buyurur: "Allahın zalımlara möhlət verməsinə baxmayaraq, onları heç bir zaman öz başına buraxmır. Yollarına qoyulan tələlərdə onlardan intiqam alır".
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Sirat körpüsünə üç körpü nəsb edilmişdir:
1. Əmanət və qohumluq körpüsü.
2. Namaz körpüsü.
3. İlahi ədalət körpüsü.
Nə zaman insan ilk iki körpüdən müvəffəqiyyətlə keçərsə, İlahi ədalət körpüsündə qərar tutar. Ondan başqalarının haqqına riayət etməklə bağlı sorğu-sual olunar.
Əgər kiməsə zülm edibdirsə, oradan keçmək haqqı ona verilməz o zamana qədər ki, cəza alar".