İmam Həsən Müctəba (ə) buyurur: "Hər kəsin iman və dininin məhvi 3 şeydədir:
1. Təkəbbür.
2. Hərislik.
3. Həsəd.
Təkəbbür - dinin və imanın məhv olmasına səbəb olar.
Hərislik və tamah - insan şəxsiyyətinin düşmənidir. Necə ki, Həzrət Adəm (ə) ona görə behiştdən xaric olur.
Həsəd - bütün çirkinliklərə səbəb olar. Buna görə Qabil qardaşı Habili qətl edir".