Alimlər və filosoflar xurafatları aradan aparmaq üçün çox səy göstərmişdilər. Ancaq bu xəstəlik bir xora kimi cəmiyyətin ətəyini buraxmaq istəmir.
Bəs xurafatın aradan getməsinə nə mane olur?
Bəzi alimlərin yanlış nəzərinə görə, ancaq təcrübə yolu ilə isbat olunan elmlər - mötəbər elmlərdir. Bunlara elə gəlir ki, o şeyi ki, hiss və dərk yolu ilə isbat etmək olmur, bu, həqiqət deyildir. Bu da xurafat üçün yolları hamarlaşdırır və onun daha çox yayılmasına səbəb olur.
Əllamə Təbatəbai bu haqda buyurur: "Bu fikir tərzinin özü də xurafatdır. Çünki təbiət elmləri ancaq varlıqların təbii xassələrindən bəhs edir. Maddənin üzərində olan sirləri üzə çıxardır.
Maddi olmayan şeyləri isbat etmək üçün isə heç bir yolu yoxdur. Ona görə də o kəslər ki, ancaq təcrübi elmlərə etiqad bəsləyirlər - onların özü də xurafatçılardır".
Siyasi və ictimai mövzular arasından ən çox din, xurafatçılar tərəfindən hücumlara məruz qalmışdır. Ona görə də ki, xurafat hisslə bağlı olmayan fenomenləri açıqlaya bilmir: yuxu kimi, ruh kimi və s.
Halbuki, din ancaq maddələrdən bəhs etmir, daha çox maddi olmayanlardan bəhs edir ki, bunu da təcrübə aləmində yaşayan alimlər qəbul edə bilmirlər. Ona görə də natamamlıq kompleksindən motivlənərək, dinə hücumlar edirlər.
Bu səbəbdən xurafat, müasir dövrümüzə qədər öz köklərindən əl çəkə bilməmiş, əksinə müasir libasa bürünüb, cəmiyyəti yolundan azdırmaqdadır.
Bunu aradan aparmaq üçün ən effektiv yol - dini əsaslı nəzərlərin maarifçiliyidir.