"Ey Əbuzər, nəsihətlərimə lazımınca əməl et ki, hər iki dünyanın xoşbəxtliyini əldə edə biləsən. Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir. Ey Əbuzər! Beş şey gəlib səni yaxalamamış, beş şeyi özün üçün qənimət bil: cavanlığı qocalıqdan, sağlamlığı xəstəlikdən, güc və qüvvəti zəiflikdən, asudəliyi giriftarçılıqdan və həyatı isə ölümdən əvvəl".
İnsan daim öz səadətini əldə etmək üçün çalışır və ona qovuşmaq üçün özünü oda-közə vurur. Başqa təbirlə desək, səadətə çatmaq, xoşbəxtlik insanın zati istəyi olub, onun əsas hədəfi sayılır. Ona görə də bu səadətə çatmaq üçün vurnuxur, onu səadətə aparacaq yolları arayır. Peyğəmbər (s) bunu nəzərə alaraq buyurur ki, əgər mənim dediklərimə qulaq asıb onlara əməl etsən, öz fitri istəyinə - dünya və axirət səadətinə qovuşacaq, əgər üz döndərsən, həmin səadətdən məhrum olacaqsan. Peyğəmbərin (s) bu ifadəni işlətməsinin səbəbi, Əbuzərin deyilənləri daha yaxşı qavrayıb, qəbul etməsi üçün idi. Necə ki, hər hansı bir insan sağlamlığını yenidən bərpa etmək üçün həkimə müraciət edir; həkim isə onun üçün müəyyən nüsxə yazır və yalnız buna əməl edəcəyi təqdirdə sağlamlığını yenidən əldə edə biləcəyini bildirir. Bu təkidin ardınca Peyğəmbər (s) buyurur:
Ətraflı
"Ey Əbuzər! Camaatın əksəriyyəti iki böyük nemətdən qafildirlər, onların qədrini bilmirlər; biri sağlamlıq, digəri isə asudəlikdir".