Ailə kiçik bir cəmiyyət olaraq, insanların daha tez islah olunmasına yardım edən bir məkandır. İnsan öz ailəsində mənəvi nuru əldə edər və kamil olmağa çalışar. Bu yolda ona bütün ailə üzvləri yardım edərlər.
Ancaq bir cəmiyyətin bu cür islah olması və kamala çatması daha çətin bir mövzudur. Bir insan tək halda özünü islah etmək istəsə, yenə də çətin olar.
İmam Rza (ə) buyurur: "Əgər kişi ona məhrəm olan qadınlardan birini sevindirərsə, Allah Təala Qiyamət günü onu sevindirər".
Bəzən insanlar behiştin ali dərəcəsinə çatmaq üçün çox ağır yollar seçirlər. Ancaq bilmirlər ki, bu dərəcəni əldə etməyin asan yolu da vardır. Əgər siz ailə üzvlərinizə qarşı diqqətcil olsanız, bu əməl sizə böyük nuraniyyət bağışlaya bilər. Övladlarınıza və həyat yoldaşınıza etdiyiniz xidmətlər sizə minlərlə savab qazandırar.
Həzrət Peyğəmbər (s) buyurur: "Kişinin həyat yoldaşının yanında əyləşib söhbət etməsi Allah yanında həmin kişinin Kəbə evinin kənarında etikaf etməsindən daha üstündür və savabı da daha çoxdur".
Ona görə də hər kim mənəvi nur əldə edib özünü tərbiyə etmək istəyirsə, bu işi ailəyə xidmət edərək görə bilər.
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimsə övladını öpərsə, hər öpüşünə görə Allah ona behiştdə bir dərəcə verər ki, hər iki dərəcə arasındakı fasilə 500 il yolun fasiləsi qədərdir".
İnsan harada bu qədər savab və əcri əldə edə bilər?
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ailəsinə xidmət etməkdən boyun qaçırtmazsa, hesab vermədən behiştə daxil olar".
Allah Təala bizləri savab əhlindən qərar versin!