Şeyx Səduq öz silsilə sənədləri ilə imam Sadiqdən (ə) Şeytanın belə dediyini nəql edir:
خَمسَةٌ ليسَ لي فيهِنَّ حِيلَةٌ و سائرُ الناسِ في قَبضَتي:
Beş zümrə mənim ixtiyarımdan (hiyləmdən) kənardır və qalanları isə mənim çəngimdədirlər:
مَنِ اعتَصَمَ بِاللّه ِ عن نيّةٍ صادِقَةٍ و اتَّكَلَ علَيهِ في جَميعِ اُمُورِهِ؛
1. Pak və saf niyyətlə Allahdan yapışan və bütün işlərində Ona təvəkkül edən;
و مَن كَثُرَ تَسبيحُهُ في لَيلِهِ و نَهارِهِ؛
2. Gecə-gündüz çox zikr deyən (Allahı çox yad edən);
و مَن رَضِيَ لأخِيهِ المؤمِنِ بما يَرضاهُ لنفسِهِ؛
3. Özünə istədiyini mömin qardaşına da istəyən;
و مَن لَم يَجزَعْ على المُصيبةِ حينَ تُصِيبُهُ؛
4. Bəla və müsibətə düçar olduqda taqətsizlik etməyən;
و مَن رَضِيَ بما قَسَمَ اللّه ُ لَهُ و لَم يَهتَمَّ لِرِزقِهِ .
5. Allahın qismətinə razı olan və öz ruzisinin qəm-qüssəsini çəkməyən."
("Xisal", Şeyx Səduq, 1-ci cild, səh. 285.)