Hədislərə görə insanın büdrədiyi yer əsasən iki şeydədir: Şəhvət və mal. Bir çoxları ibadət əhli olsalar simiclik və əlibağlılıq xəstəliyinə düçar olublar.
Qurana görə, Allah yolunda cihad canla həm də malla olmalıdır. Öz malından Allah və onun dostları yolunda xərc etməyə qıymayan şəxsin ibadəti və imanı kamil ola bilməz. Bu cür insanlar elə dünyəvi məsələlərin ilkin mərhələlərində aciz qalmışlar.
Yaşadığımız mühitdə belə ibadət əhli olan amma eyni zamanda Allah malı olan xumsu və zəkatı müxtəlif bəhanələrlə verməkdən yayınanlar az deyil. Məsumlar bu cür insanların aqibətini öz kəlamlarında qeyd etmişlər
Əllamə Məhəmməd Baqir Məclisi Biharul-Ənvar əsərində İmam Sadiqin (ə) bu haqda buyurduğu hədisi qeyd etmişdir:
"Bil ki Allahın itaəti yolunda infaq etməyən şəxs, ona qarşı günah yolunda pul xərcləməyə mübtəla olacaq və bil ki Allahın dostunun ehtiyacını aradan qaldırmaq üçün addım atmayan şəxs pərvərdigarın düşməninin ehtiyacını aradan qaldırmaq üçün addım atmalı olacaq."