Bəziləri ibadət əhliyəm bildirir, amma günahlarım da var deyir. Bəziləri isə ibadət etməsələrdə qəlbim təmizdir deyib, özlərinə bəraət qazandırır və yaxşı bəndə olduğunu bildirir. Digərləri insanların pis əməllərini göstərib, onlara malik olmadığına görə özünü "Allah adamı" hesab edir. İbadət etməyən digər bir zümrə isə insanlara etdiyi yaxşlıqılara görə, cənnətlik olacağını iddia edir.
Əvvala onu demək lazımdir ki Quran ayəsinə əsasən insanlar nə qədər üzr gətirsələr belə nə olduqlarını, hansı əməlin sahibi olduqlarını yaxşı bilirlər.
Müxtəlif iddiaları kənara qoysaq belə "görəsən Allah bizi istəyirmi və biz onun bəyəndiyi bəndəyikmi?" sualı bəzi inanclı insanların zehninə belə gələ bilər.
Biharul-Ənvar əsərində İmam Əlidən (ə) nəql edilən hədisdə bu məsələyə aydınlıq gətirilib.
İmam buyurub: "Allahın yanında hansı yerə malik olduğunu bilmək istəyən şəxs, Allahın onun yanında hansı yerə malik olduğuna baxsın. İki iş arasında seçim qarşısında qalan hər bir insan axirət işini dünya işinə üstün tutsa Allahın sevdiyini etmişdir. Əgər bir insan dünyanın işini seçməli olsa, Allahın onun yanında bir yeri olmadığını bildirir".i