Bürclərlə bağlı araşdırmanı təqdim edir.
Qoç
Bu bürcün nümayəndələri özlərini itirəcək qədər sərxoş olmurlar, lakin başqalarını mükəmməl şəkildə sərxoş edirlər. Ona görə də qoçlarla içki içməməyi şiddətlə tövsiyə edirik. Çünki onlar istəməsələr belə qarşılarındakını sərxoş etdikdən sonra, özləri də içkinin təsiri ilə onun bütün sirrlərini öyrənməyə çalışırlar.
Buğa
Bu bürc, qoçdan fərqli olaraq, çox asanlıqla sərxoş olur. Lakin onlar heç vaxt, "piyan" olduqlarını etiraf etmir, hər zaman ayıq olduqlarını və içməyə davam edə biləcəklərini bildirirlər. Buğalarla içmək əyləncəlidir. Çünki sərxoş buğa heç vaxt darıxdırıcı olmur.
Əkizlər
Spirtli içki qəbul etdikdən sonra əkizlərin məlum əkiz təbiəti üzə çıxır və o, hansı xarakterə bürünəcəyini müəyyənləşdirir. Onlar içdikdən sonra həm mələyə, həm də şeytana çevrilə bilərlər. Lakin içkili əkizlər sirr saxlamağı bacarmırlar və bu vaxtlarda onlardan sizin haqqınızda nə fikirləşdiyini öyrənə bilərsiniz.
Xərçəng
Xərçəngi həqiqətən də tanımaq istəyirsinizsə onunla içki masasına oturun. Spirt onun qoruyucu qabığından çıxmasına imkan verir və o, bütün əzəməti ilə qarşınızda görünür. Əslində, utancaq xərçənglər sərxoş olduqda olduqca cəsarətli və əyləncəli bir obraza bürünürlər. Ancaq ayıldıqdan sonra onlar bütün etdiklərini inkar edib, yenidən qabıqlarına çəkilirlər.
Şir
Xarici olaraq, sərxoş və ayıq bir aslanı ayırd etmək olduqca çətindir, çünki bu bürcdə spirtin aradan qaldırdığı sərhədlər praktiki olaraq yoxdur. Onlar içdikdən sonra özlərini daha çox tərifləməyə və müxtəlif qəhrəmanlıq hekayələrini danışmağa daha meyilli olurlar. Alkoqol şirləri daha narsist və özünəinamlı şəxsə çevirir.
Qız
Qız bürcü spirtin çox müsbət təsir etdiyi bürcdür. Adətən onlar artıq qoxudan məst olurlar və bir neçə qədəhdən sonra bütün dünyanı orada yaşayan bütün canlılarla birlikdə sevirlər. Qızların bir digər özəllikləri isə asanlıqla ayılmağı bacarmalarıdır.
Tərəzi
Alkoqol onların balansını asanlıqla pozur. Onlar qızlar kimi, bütün dünyanı sevməyə başlayırlar. Hər kəs dərhal ən gözəl və əlavə olaraq çox ağıllı olur. Lakin içkili tərəzi rəqiblərinə qarşı daha aqressiv hərəkətlərə yol verirlər. Təbii ki, bundan sonra tərəzi inanılmaz dərəcədə xəcalət çəkirlər, buna rəğmən növbəti içki məclisi tərəzinin sözügedən xüsusiyyətlərini özünə qaytarır.
Əqrəb
Bu bürclərin nümayəndələri ölçülərini o qədər yaxşı bilirlər ki, onlar sadəcə mükəmməl vəziyyətdə olanda içməyi dayandırırlar. Onlar dəlicəsinə əylənməyi və digərlərini əyləndirməyi də yaxşı bacarırlar. Əqrəblə birlikdə içki məclisindəsinizsə, ayıq olduğunuz vaxt etməyəcəyiniz çılğınlıqları edə bilərsiniz.
Oxatan
Oxatanla içməkdən özünüzü qoruyun. Heç vaxt, heç bir halda, içkili olduğunu vaxt oxatana söz verməyin və əvvəllər razılaşdığınız şeyi etməyin. Və ən əsası - mübahisə etməyin. Çünki səninlə mübahisə edəndə ya o, ya da sən məğlub olacaqsan. İnanın, ikincisi çox, çox daha pisdir. Yeri gəlmişkən, bu, ayıq oxatanların davranışlarına da aiddir.
Oğlaq
Bir damla spirt oğlaq bürcünün bədəninə daxil olan kimi, demək olar ki, o, tamamilə dəyişir. Ehtiyatlı, ciddi, introvert oğlaq birdən-birə qrupun ən şən üzvünə çevrilə bilər. Oğlaq sağa-sola təriflər yağdıracaq və ünvanındakı istənilən istehzaya təbəssümlə cavab verəcək. Ayıldıqdan sonra onlar da içkili vaxtı etdiklərinə görə peşman olanlar silsiləsindəndir.
Dolça
Sərxoş dolça dənizi quruda, dağları yara və səmanı yenidən rəngləyə bilər. Əlbəttə ki, bu, bu bürcün ayıq nümayəndələrinə də aiddir. Amma spirtli içki qəbul etdikdən sonra onun ifrat qabiliyyəti yeni səviyyəyə qalxır. Onlar içkili olduqda bütün istedadları üzə çıxır. Onlar öz şah əsərlərini içkili vəziyyətdə yaradırlar. Eləcə də, dolçanın azad ruhunu yalnız sərxoş olduqda görə bilərsiniz.
Balıq
Balıq içirsinizsə, qaçın. Heç nə soruşmayın - sadəcə qaçın. Çünki hər bürc bu duyğu atəşfəşanlığına tab gətirə bilməz. O, həm bir lətifəyə boğularaq gülə bilər, bir dəqiqə sonra isə 3-cü sinifdəki qarşılıqsız sevgisinə görə boğularaq ağlaya bilər. Növbəti dəqiqədə isə, balığın məclisdə rəqs etdiyinə şahidlik edə bilərsiniz.