Hər bürcün nümayəndələri arasında səyahət etməyi sevən insanların sayı kifayət qədərdir. Lakin bəzi bürclərin gəzməyə, kəşfetməyə və əyləncəyə olan sevgiləri onları bu məsələdə daha ön plana çıxarır.
Səyahət etməyi sevən bürclərin siyahısını təqdim edir:
Oxatan
Köçəri ruhu və səyahət həvəsi ilə oxatan bürcləri yol hekayələri toplamağı çox sevirlər. Onlar həmişə enerjilərini yönləndirmək üçün əyləncə tapmağa çalışırlar. Səyahət də bu məşğuliyyətlərdən biridir. Yeni yerlər kəşf etmək xoşbəxtliyi onlar üçün qiymətsizdir. Təbiət turizmi zamanı macəralı idmanla məşğul olmağı sevirlər. Onlar sadəcə hədəflərini görmürlər, səyahətin özünü də sevirlər. Həm də keçdikləri coğrafiyalarla bağlı xatirələri toplamağı, fasilə verib dincəlməyi, yolda yeni insanlarla tanış olmağı, bitki örtüyünün gözəlliyini seyr etməyi xoşlayırlar. Səyahət boyu sizinlə sıxılmadan söhbət edir, musiqi dinləyir və zarafatları ilə sizi saatlarla güldürürlər.
Əkizlər
Qərarsız bürc hesab olunan əkizlər maraq və hərəkətlilik hissinə görə səyahət etməyi xoşlayır. Onları bir yerdə uzun müddət sabit saxlaya bilməzsiniz. Onlar yeni yerlər görməli, sürətli düşünməli və sürətli hərəkət etməlidirlər. Buna görə də enerjisi az olan mühitlərdən və insanlardan sıxılırlar. Özləri kimi səyahət etməyi sevən dostlara və sevgililərə üstünlük verilir. Onlar dünyaca məşhur turizm yerləri, məşhur şəhərlər, əsrarəngiz yerlərlə maraqlanır və onları dostları ilə yaşamaq istəyirlər. Onu da vurğulayaq ki, əkizlərin səyahət etdiyi bir yerdə uzun müddət qalmamaqla mütləq marşrutu başqa istiqamətlərə çevirəcəklər.
Qoç
İçərisində enerjili, çılğın uşaq olan, böyümək istəməyən qoç bürcləri də yola çıxmağı xoşlayırlar. Səbirsiz və aktiv olduqları üçün günlərini oturaraq keçirmək istəmirlər. İctimai fəaliyyətlərdə iştirak edir, dostları ilə bir araya gəlir, yeni fəaliyyətlər yaradırlar. Lider olduqları üçün başqalarının təşviqi ilə deyil, öz təşəbbüsləri ilə səfərlər təşkil edirlər. Cəsur şəxsiyyətlərinə görə səyahətlərində ilkləri yaşamağı xoşlayırlar. Qocalığa qədər enerjisindən heç nə itirməyən qoç bürclərini qidalandıran həvəsdir. Bu motivasiya ilə onlar cansıxıcı olmadan ömür boyu səyahət edə bilərlər.
Şir
Şirlər səyahət etməyi sevirlər, ancaq ora tək deyil, sevdiklərinin əhatəsində getdikləri təqdirdə. Bu halda səma, dəniz və getdiklər görməli yerlər, təbitə mənzərələri onlara daha gözəl görünür. Bununla belə, səyahət bu bürcün nümayəndələri üçün özlüyündə bir son deyil, başqa bir şəhərdə və ya ölkədə yaşayan sevilən bir insanla görüşmək üçün bir yol ola bilər. Şirlər həftə sonları asanlıqla qərar verib, harasa səfər edə, səyahət ehtiyaclarını ödədikdən sonra isə geri qayıda bilərlər.