Bəzən bürclər insanların bir sıra xüsusiyyətlərini aydın şəkildə nümayiş etdirən kriteriyaya çevrilə bilir. İnsanların uğurlu valideyn olmalarında da hansı bürcün nümayəndəsi olduqları təsiredici faktor kimi qəbul edilir.
Hansı bürclərin uğurlu valideyn olduqlarını təqdim edir.
1.Xərçəng
Ailəyə verdiyi dəyər, ailə üzvlərinə olan sevgi və genlərinə xas olan sədaqəti ilə tanınan xərçənglər valideynlik vəzifələrinin öhdəsindən də layiqincə gəlirlər. Sədaqətli ana və mehriban ata olaraq dünyaya gələn bu bürcün nünayəndələri övladları üçün hər zaman təhlükəsiz qapı hesab oluna bilər.
2. Buğa
Bu bürcün nümayəndələrinin uşaqları da xoşbəxt sayıla bilər. Xüsusuilə də, fədakarlıqda və anlayışda çox müvəffəqiyyətli olan buğa qadınları ideal ana olurlar.
3. Qoç
İntizamlı qoçlar uşaqları üçün hər bir fədakarlığı etməyə hazırdırlar. Onları ideal valideynə çevirən bir digər xüsusiyyətləri isə övladları üçün ideal oyun yoldaşı olmalarıdır.
4. Oxatan
Əyləncəli yönləri ilə ailə və ictimai çevrədə lider mövqeyə sahib olan oxatanlar uşaq tərbiyəsində də uğurlu olurlar. Doğrudur, bu bürcün nümayəndələri evlilikdən və uşaq sahibi olmaqdan yayınmağa çalışırlar, lakin onlar ideal övlad yetişdirməyi bacarırlar.
5. Balıqlar
Balıqlar övladlarına ən bağlı bürc hesab oluna bilər. Onlar hər nə qədər həssas qəlbli olsalar belə, güclü və azad ruhlu övladlar tərbiyə etməyə qadirdirlər.