"Qapalı insanam, üzüm gülsə də, içim qan ağlayıb. Yaşadıqlarımla kimisə bezdirmək, dərd vermək istəmərəm. Bəzən qəmgin oluruq, doluram, hamıya çatacaq status paylaşıram. İnsan ölməyənə, son nəfəsinə qədər etdiyinin cəzasını ödəməyincə ölmür".
Bu sözləri müğənni Aysel Əlizadə "Şourum" proqramına açıqlamasında deyib. Sənətçi valideynlərinin səhhətində yaranan problemlərdən danışıb:
"Yaş ötdükcə valideynlərdə problemlər yaranır. Mənim də valideynlərimin səhhətində problem var. Amma şükür, salamatdılar, yanımdadırlar. Ailədə bir çox məsuliyyəti daşıyıram. Sənət adamları tam xoşbəxt deyil. Məsuliyyəti olan rahat həyat yaşaya bilməz".