Aysel Əlizadədən etiraf - Məktəb illərində çox adamı sevmişəm
Müğənni Aysel Əlizadə "Hər şey daxil" verilişinin qonağı olub.
Sənətçi şəxsi həyatından danışıb. O, məktəb illərində yaşadığı sevgidən bəhs edib:
"Sevgim olub. Ən çox da məktəb illərimdə sevmişəm. İndi də həmin adamın harada olduğunu bilirəm. Münasibətimiz yoxdur. O da ailəli deyil. Çox sevmişəm, məktəb ilində".
Aysel şou-biznes nümayəndələrindən və onların geyim tərzindən söz açıb:
"Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Röya Ayxan və Günay İbrahimlinin geyim tərzini bəyənirəm. Bunlar geyimini bilənlərdir. Hər zaman brend geyinirlər".