"Özünüzə yaraşanı etdirin. Balaca çiyinə böyük sinə, ya da balaca ayağa o boyda omba lazım deyil. hamısı özünü mənə oxşadır".
Bu sözləri müğənni Roza Zərgərli "MTV maqazin"ə açıqlamasında deyib. Sənətçi plastik əməmliyyat etdirən sənət adamlarını lağa qoyub. O bildirib ki, müğənni Xatun Əliyevanın bədənşəkilləndirmə əməliyyatına ehtiyacı yoxidi:
"Yaraşmır yox, ehtiyac yox idi. Çox abartım. Bədənşəkilləndirmə başqadır, mən də liposaksiya etdirmişəm. Mənim bədən quruluşum belədir. Sümükdür, gedim 55 min avro verim yondurum? Nə qədər mənim bədən formam müzakirə olunur".
Roza etdirdiyi plastik əməliyyatları sadalayıb:
"Narkoz almışdım, dedim ki, gözümün üstünü də edin. İkinci dəfə də liposaksiya etdirəndə həkimə dedim ki, yanağımda əmzik əzələlərimi çıxartdırdım. Liposaksiyama 31 min dollar xərcləmişəm".