Ətrafınızda gülməli insanların olması əhvalınızı yaxşılaşdıra və özünüzü daha yaxşı hiss etdirə bilər. Zarafatlar və lətifələr söhbətlərin səmimiliyini artırır. Bu zarafatları edən və onları güldürən insanları hamı sevir. Lakin o da məlumdur ki, hər kəsi güldürəcək zarafatlar etmək də hamıya müəssər olmur.
ən yaxşı zarafat etməyi bacarn bürcləri təqdim edir:
Əkizlər
Tanımadığı bir insanla belə, dəqiqələr ərzində deyib-gülmək potensialına malik Əkizlər insanların diqqətini çəkməyi bacarır. Söhbət davam edərkən, zarafat materialı olaraq mövzuya bir nöqtə qoya bilər və sükut anlarında danışacağı əyləncəli bir hadisə ilə buzları qıra bilər. Səmimi təbəssümlə üz cizgilərinin yumşaldığının şahidi olanda özünü saxlaya bilmir, bir-birinin ardınca ağıllı zarafatlar edir. Gülüşlərlə dolu söhbətləri ilə Əkizlər ən hazırcavab bürc belə ola bilər.
Dolça
Həddindən artıq sosial olan dolçalar çevrələrindəki insanları əllərində saxlamağı yaxşı bacarırlar. Həmişə dostları ilə vaxt keçirməyi sevirlər. Ümumiyyətlə, dost dairələrində həmişə gülməli hekayələr danışan insanlar Dolça bürcündən çıxır. Sizi çox güldürən hekayələr uyduraraq güldürməyi bacarırlar. Yumor hissi onları istənilən mühitdə sevimli edir.
Oxatan
Mehribanlığı ilə hər kəsin ürəyinə girməyi bacaran Oxatan bürcünəd sanki şeytan tükü var. Ola bilsin ki, qəzəblə onun yanına gəlib haqq-hesab tələb edənlər də onun rəğbəti qarşısında müqavimət göstərə və yumşala bilər. İnsanların qarınları ağrıyana qədər güldürə bilən zarafatlar etməyi bacarırlar. Söhbətin darıxdırıcı olmağa başladığı anlarda əvvəllər başına gələn əyləncəli bir xatirədən danışıb, insanları güldürə bilir.
Qoç
Qoçların mühitində süni yaxınlıq və ya soyuq davranışa yer yoxdur. Hətta ən ciddi adamlar belə bilirlər ki, Qoçların qarşısında soyuq münasibətini asanlıqla kənara qoya bilərlər. Gülməyi və insanları güldürməyi sevdiyi üçün içində olduğu hər çevrədən gülüş səsləri yüksəlir. Gah hara gedəcəyini düşünmədən düz deyir, gah da zarafatla adamı güldürə bilir. Onların sərt görüntüləri isə yalnız üzdədir.
Şir
Şir bürcü diqqəti sevir. Bu səbəbdən də olduqları mühitdə diqqəti cəlb etmək üçün davamlı olaraq zarafat edirlər. Hər kəsə nə qədər gülməli olduqlarını göstərirlər.Şirlərin yaxşı müşahidə qabiliyyəti var. Qarşılaşdıqları situasiyalardan dərhal yumor yarada bilir. Şirləin bu xüsusiyyətləri onları sosial çevrələrində çox populyar və daim axtarılan simaya çevirir.