Həkimlərin fikirinə görə, hipodinamiya (hərəkətsizlik) müasir insanların ən böyük bəlasıdır.
Məhz hipodinamiya bir çox xəstəliklərin inkişafına təkan verir. Azhərəkətli insanın bədənində mübadilə prosesləri, qan dövranı zəifləyir, durğunluq prosesləri yaranın. Bu isə müxtəlif xəstəliklərin inkişafı üçün çox əlverişli şərait yaradır. Azhərəkətlilik həmçinin piylənmənin əsas səbəbidir. Piylənmə isə çüasir tibdə çox ağır, insanın həyatını qısaldan pozulma sayılır.
İdmanla məşğul olmaq üçün vaxt və vəsait lazımdır. Bu isə bəzən çətin olur. Belə vəziyyətdə ən yaxşı çıxış yolu piyada gəzməkdir. Piyada gəzintilər insandan nə əlavə vaxt, nə də pul tələb etmir və bununla yanaşı insan sağlamlığına çox böyük xeyir gətirir.
Xarici alimlərin araşdırmalarına əsasən, hər gün 30 dəqiqə ərzində tez tempdə piyada gəzən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski 30% azalır. Həkimlər hətta xüsusi termin istifadə edirlər - "müalicəvi yerimə".
Britaniya həkimləri hipertoniyadan və artıq çəkidən əziyyət çəkən 1 qrup qadınlara hər gün piyada gəzməyi tövsiyə etdilər. Nəticədə yarım ildən sonra qadınlarda arterial təzyiq normallaşıb və həmçinin onlar çəki itirdilər.
Yerimə qaçışla müqayisədə onurğanı, oynaqları daha az yükləyir. Həmçinin yerimə oynaqları və sümükləri möhkəmləndirir, osteoporozun (yaşlı insanlarda sümüklərin kövrək olması) inkişafının qarşısını alır.
Müalicəvi yerimə ürək-damar, tənəffüs sisteminə çox müsbət təsir edir, infark və insult kimi ağır pozulmaların riskini azaldır, arıqlamağa kömək edir, əzələləri möhkəmləndirir.
Həmçinin piyada gəzintilər insanın əhvalını yaxşılaşdırır, stress və depressiya ilə mübarizə aparmağa kömək edir.