Yerkökü ən faydalı tərəvəzlərdən biri sayılır. Yerkökü beta-karotinin miqdarına görə tərəvəzlər arasında birinci yerlərdən birini tutur.
Beta-karotindən insan orqanizmində A vitamini sintez olunur. Bu vitamin orqanizmin bir çox orqan və sistemlərinin normal fəaliyyətində böyük rol oynayır. Belə hesab olunur ki, 2 orta ölçüdə yerkökü orqanizmi A vitaminin gündəlik norması ilə təmin edir. A vitaminin daha yaxşı mənimsənilməsi üçün yerkökünü bitki yağı ilə (məsələn, salatlar tərkibində) qəbul etmək lazımdır.
Məhz A vitaminin çox olmasına görə yerkökü görmə üçün olduqca xeyirlidir. Bu vitaminin çatışmazlığı toyuq korluğu və digər göz xəstəliklərin inkişafına təkan verə bilər.
Elmdə sübut olunub ki, beta-karotin onkoloji xəstəliklərin inkişafının qarşısını alır. Bu səbəbdən beta-karotinlə zəngin olan yerkökünün daim qəbulu xəsrçəng xəstəliklərin effektli profilaktikası sayıla bilər.
Yerkökü həmçinin ürək-damar sistemi üçün də xeyirlidir. Yerkökü kalium elementi ilə zəngindir. Bu element isə ürək-damar sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir.
Yerkökü sellülozla zəngindir və bu səbəbdən mədə-bağırsaq sistemi üçün çox xeyirlidir. Sellüloz həm mədə-bağırsaq sistemini yaxşı təmizləyir, həm də burada xeyirli mikrofloranın əmələ gəlməsinə kömək edir (sellüloz xeyirli bağırsaq mikroflorası üçün qidadır).
Yerkökü antioksidant xüsusiyyətlərinə malikdir - orqanizmi cavanlaşdırır, qocalma və dağılma proseslərin qarşısını alır.
Yerkökü hamilə və uşaq əmizdirən qadınlar üçün xüsusilə xeyirlidir.
Yerkökü dərinin qocalmasının qarşısını alır. Bu səbəbdən yerkökü kosmetologiyada cavanlaşdırıcı kremlərin, maskaların və s. vasitələrin tərkibində istifadə olunur. Ev şəraitində də bu tərəvəzdən çox xeyirli maskaları düzəltmək olar: 1 orta ölçüdə yerkökü sürtgəcin ən kiçik gözündən keçirilir, 1 xörək qaşığı zeytun yaşı, və 1/2 limonun şirəsi əlavə olunur və yaxşı qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin və 20 dəqiqədən sonra yuyun. Yerkökü ilə olan maskalarda süi-istifadə etməyin - dəriniz tündləşə bilər.
Yerkökü şirəsi da çox xeyirlidir - iştahanı yaxşılaşdırır, yorğunluğu azaldır, sinir sistemini möhkəmləndirir, anemiya (qanazlığı) zamanı təbii müalicəvi vasitə kimi istifadə olunur, qara ciyərin, mədəaltı vəzinin, öd kisəsinin fəaliyyətini yaxşılaşdırır.
Yerkökü immun sisteminə də müsbət təsir edir, orqanizmin viruslara qarşı olan davamlılığını artırır.
Yerkökü və yerkökü şirəsi uşaqlar üçün çox xeyirlidir.
Parlaq narıncı rəngində olan yerkökü xeyirli sayılır.
Nəzərinizə çatdıraq ki, yerkökü allergiyaya səbəb ola bilər və bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı onun qəbulu tövsiyə edilmir.