Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Sufilik barədə qeydlər

290


Əllamə Təbatəbainin "Əl-Mizan" təfsirindən

Məşhur ruhani alim və arif Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai "Əl-Mizan" təfsirində Qurani-Kərimin müvafiq məzmunlu ayələrini şərh edərkən dəfələrlə irfan və təsəvvuf mövzusuna, bunların İslam dini ilə uyğunluq və ziddiyyətlərinə, irfanda araşdırılan əsas məsələlərin izahına toxunmuş və qənaətbəxş məlumatlar vermişdir.

Əllamə Təbatəbai "Maidə" surəsinin 15-19-cu ayələrinin təfsirində İslamın ilk əsrlərində müsəlmanlar arasında yayılmış nəzəri elmlər və fikri cərəyanlar barəsində qısa bəhs açaraq, müsəlmanların zehn və düşüncəsinin doğurduğu müsbət və mənfi əqidələrin təhlilini vermişdir. Müəllif hicrətin ilk əsrlərində hədis, ədəbiyyat, fəlsəfə, kəlam, hikmət və s. elmlərin inkişaf səviyyəsini və təkamül mərhələlərini qeyd etdikdən sonra sufiliyin yaranması məsələsinə toxunaraq yazır:

"Həmin dövrdə (yəni hicrətin I əsrinin sonları - II əsrin əvvəllərində) müsəlmanlar arasında sufiləşmə prosesi görünməyə başladı. Əlbəttə, sufilik hələ ilk xəlifələrin dövründən qaynaqlanırdı və o zamanlar zahidlik şəklində özünü nümayiş etdirirdi. Abbasilər sülaləsinin hakimiyyət illərinin əvvəllərində Bəyazid Bistami, Cuneyd Bağdadi, Şibli, Məruf Kərxi və s. bu kimi şəxslər meydana çıxanda, sufilər bütövlükdə təzahür edib özlərini göstərdilər.

Onların əqidəsi budur ki, insan kamilliyinin və həqiqi maarif əldə etməyin yolu şəriətdə nəzərdə tutulan təmrinlərin (riyazət) bir növü olan "təriqət"ə daxil olmaqdır və bu üsulla həqiqətə çatmaq mümkündür. Onların böyük əksəriyyəti (istər şiə, istərsə sünni yönümlü olsunlar) özlərini Əliyə (ə) mənsub və bağlı sayırlar.

Onlar kəramət sahibi olduqlarını iddia edir, dinin zahiri ilə və ağlın hökmü ilə uyğun gəlməyən sözlər danışırdılar. Deyirdilər ki, dinin zahiri də elə onların dediklərini bildirir, amma zahiri (üst qatı) görənlər bu məqamları dərk etmirlər. Bu fikirlər fəqihlərə və ümumiyyətlə, müsəlmanlara ağır gəldi, sufiləri tənqidə başlayıb, onlardan bizarlıq etdilər, küfrlərinə fətva verdilər. Çoxlarının aqibəti həbs, şallaqlanma, qətl, çarmıxa çəkilmə və sürgün oldu. Hamısının səbəbi bu idi ki, onlar (sufilər) "şəriətin sirləri" adlandırdıqları çılpaq və "qabığı soyulmuş" mətləblərdən söz açırdılar. Halbuki əgər doğrudan da belədirsə, yəni onların dedikləri dinin zahiri (qabığı) altında qalan həqiqətdirsə (iç, cövhər) və bunları açıb söyləmək tələb olunursa, şəriəti gətirən şəxs (yəni peyğəmbərin özü) bu işə onlardan daha layiqdir. Belə olan halda peyğəmbərə vacib olardı ki, sirləri açıb bəyan etsin. Və əgər bu sirlər haqq deyilsə, deməli, mütləq olaraq zəlalətdir. Çünki haqdan savayı hər şey zəlalət və azğınlıqdan ibarətdir.

Onlar (sufilər) əvvəlcə öz fəaliyyətlərində və təriqət əqidəsinin nümayişində söz təbliğatından və söhbətlərdən irəli getmirdilər. Lakin sonralar, ürəklərdə yer tutduqdan sonra hicrətin III əsrindən başlayaraq, kitablar və məqalələr yazmağa başladılar. Daha sonra bir qədər də irəli gedərək, "həqiqət" və "təriqət" barədə etiqadlarını açıq-aşkar söylədilər, nəzm və nəsrlə deyilmiş kəlamlarını dünyaya yaydılar.

Daim tərəfdar və qüvvə toplayaraq, kütlənin qəlbində öz yerlərini möhkəmlətdilər. Hicri VI və VII əsrlərdə hörmət və etimadları ən yüksək nöqtəyə çatdı və bundan sonra zəifləyib süquta doğru üz qoydular. Tədricən fəaliyyətləri zəiflədi və camaat onlardan üz döndərdi".

Daha sonra Əllamə Təbatəbai sufiliyin zəifləyib aradan çıxma səbəblərini izah edir və bu səbəblərdən ikisi üzərində dayanır:

"Onların süqutunun ilk səbəbi bu idi ki, həyatın hansı sahəsi kütlənin vəziyyətinə daha yaxın olub onun hörmətini qazanırdısa və camaat hərisliklə o tərəfə meyl edirdisə, mənafe sahiblərinin xoşuna gəlmədiyi və mənafelərinə zidd olduğu üçün, tez həmin dona girir, bu yolla fəsad törədib, nəticədə camaatda nifrət oyadırdılar".

Əllamə Təbatəbai demək istəyir ki, sufilik inkişaf edib xalq arasında hörmət qazandıqca, onun ruhuna yad olan ünsürlər düşmənçilik məqsədilə sıralarına soxulur, sufi adı altında pozucu və təxribatçı fəaliyyətlə məşğul olur, nəticədə camaatın ürəyi sufilikdən soyuyurdu.

"Bu tənəzzülün ikinci səbəbi bu idi ki, sufilərin bəzi başçıları nəfsi tanımaq yolunun (mərifəti-nəfs) şəriət qanunlarında bəyan edilmədiyini, amma Allah tərəfindən bəyənildiyini söylədilər. Necə ki, xristianların rahiblik etmələrini Allah onlara buyurmamışdı, amma bu əməli bəyənmişdi: "Onlar özlərindən rahiblik icad etdilər. Biz rahibliyi onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, amma ona layiqincə əməl etmədilər" (Hədid, 27). Qara camaat bu sözü onlardan qəbul etdi. Bu da onları (sufiləri) həvəsləndirdi ki, İslam şəriətindən götürülməmiş tərzdə təriqətlər, dəblər və adətlər yaratsınlar. Beləliklə, ardıcıl olaraq yeni dəblər yaradılır və əvəzində digər şəriət qaydaları kənara atılırdı. Axırda elə bir vəziyyət yarandı ki, şəriət bir tərəfdə, təriqət isə tamam başqa tərəfdə qərar tutdu və təriqət haram işlərə, dini vacibatın tərkinə doğru təhrik olundu. Şəriət vəzifələrini (mükəlləfiyyət) aradan götürdülər, "qələndərlik" və sair cərəyanlar peyda oldu. Təsəvvufdan yalnız dilənçilik, tiryək və həşişə aludəçilik qaldı; bütün bunlar da sufiliyin süqutuna səbəb oldu.

Ağla və məntiqə əsaslanan Qurani-Kərimin və hədislərin bu məsələ barəsində hökmü belədir ki, şəriətin zahiri qatı altında batini həqiqətlərin gizləndiyinə və bəşəriyyətin həmin həqiqətləri öyrənməli olmasının lazımlılığına inanmaq tamamilə sağlam əqidədir. Lakin əsas məsələ dinin zahiri ehkamlarını öz mənalarına uyğun olaraq yerində işlətmək və onlardan yerli-yerində istifadə etməkdir. Ola bilməz ki, şəriətdə zehnin yol göstərə bilmədiyi batin gizlənmiş olsun, yeganə hədəf və yol da batin sayılsın. Mümkün deyil ki, şəriətdə şəriət sahibinin qafil olduğu, laqeydlik və ya başqa səbəb üzündən bəyan etmədiyi məsələlər mövcud olsun. Allah-Təala buyurmuşdur: "Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və mücdə olaraq nazil etdik" (Nəhl, 89).

Sonra Əllamə Təbatəbai irfanla sair elmləri birləşdirmək cəhdləri barədə məlumat verir: "Alimlərin bir hissəsi öz elmi səviyyələrinə uyğun olaraq, müxtəlif üslublar əsasında dinin zahiri ilə irfanı birləşdirməyə çalışdılar; məsələn, İbn Ərəbi, Əbdürrəzzaq Kaşani, İbn Fəhd, Şəhidi-Sani, Feyz Kaşani.

Başqa bir dəstə isə fəlsəfə ilə irfanı birləşdirməyə cəhd göstərdi. Əbu Nəsr Farabi, Şeyx Şihabəddin Suhrəvərdi, İbn Turkə və b. bu dəstədəndirlər.

Qazi Səid və sairləri kimilər dinin zahirini fəlsəfə ilə birləşdirməyə səy etdilər.

Bəziləri isə bunların hamısını birləşdirməyə çalışdılar. Məsələn, İbn Sina (təfsir və başqa mövzulu kitablarında), Sədru'l-mutəəllihin Şirazi (kitab və məqalələrində) və b.

Bütün bunlara baxmayaraq, bu köklü fərq yenə qalmaqda davam edir. Fərqləri aradan qaldırmaq üçün edilən cəhdlər uçurumu daha da dərinləşdirmiş və alovu daha da gücləndirmişdir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller