Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

İslam dini fiziki qüsurlu şəxslərə hansı münasibətdədir

933
İslam dini fiziki qüsurlu şəxslərə hansı münasibətdədir


İslam dininin ən çox dəyər verdiyi məfhumlardan biri də insan heysiyyatı və şəxsiyyətidir. Dinimiz heç kimin aşağılanmasına, təhqir olunmasına icazə vermir. Hər kəsin canı, malı, namusu kimi heysiyyatı və ehtiramı da İslamda qorunur.

Bir şəxsi təhqir etmək, qəlbini qırmaq ən böyük günahlardan sayılır. Hətta hədislərdə möminin qəlbi Kəbəyə bərabər və ondan uca tutulur. Bəzi ariflər bu hədislərə əsaslanaraq, bir möminin qəlbini qırmağı Kəbəni dağıtmaqdaqdan daha ağır günah kimi dəyərləndirmişlər.

İslam dini nəinki insanın üzünə təhqir etməyə icazə vermir, hətta onun iştirakı olmadan belə, mənfi xüsusiyyətlərini ifşa etməyi, müzakirəyə çıxarmağı qadağan edir. Buna qeybət deyirlər. Ayə və hədislərdə möminin qeybətini danışmaq ölünün ətini yeməyə bərabər tutulub. Diqqət edin ki, burada hətta mənfi xüsusiyyətlərdən belə, danışmaq istisna edilmir. Bir şəxsin hər hansı xoşagəlməz cəhətlərini, onun özünün razı olmadığı tərzdə müzakirəyə çıxarmaq və adını hallandırmaq da qeybət sayılır. Əgər bir şəxs haqqında onun özünün iştirakı olmadan deyilənlər yalandırsa - iftiradır, doğrudursa - qeybətdir. Bunların hər ikisi günahdır.

Dinimiz təkcə diri insanın deyil, ölünün də ehtiramını saxlamağı əmr edir. Ölünün cəsədini təhqir etmək, qəbrinə hörmətsizlik göstərmək, adını nalayiq şəkildə çəkmək yasaq edilib. Bütün bunlar İslam dininin insan şəxsiyyətinə nə qədər böyük dəyər verdiyinin göstəricisidir.

Dinimizin xüsusi həssaslıqla yanaşdığı təbəqələrdən biri də fiziki cəhətdən qüsuru olan şəxslərdir. Müsəlmanlar bu cür şəxslərə xüsusi qayğı ilə yanaşmalı, onların cəmiyyətdən təcrid olunmalarına, özünə qapanmalarına, özünü artıq və lazımsız biri kimi hiss etmələrinə imkan verməməlidirlər.

Fiziki cəhətdən qüsurlu şəxslər tarixin bütün dönəmlərində mövcud olmuşlar. Ekoloji şərait və texniki vasitələrin artımı nəticəsində əhalinin nöqsanlı təbəqəsinin say çəkisi də getdikcə artır. Statistik göstəricilərı görə, əgər 1970-ci illərdə dünya əhalisinin təqribən 10 faizinin fiziki qüsura malik olduğu qeydə alınmışdısa, 2010-cu ildə bu göstərici 15 faizə yüksəlmişdir.

Təbiidir ki, İslamın ilk dövrlərində (sədrül-İslam), Həzrət Mühəmməd Peyğəmbərin (s) və məsum imamların (ə) zamanında da fiziki cəhətdən qüsurlu şəxslər yaşamışlar. Tarix və rical kitablarında onlarla əlil səhabə haqqında məlumat verilir. İstər şiə, istərsə də əhli-sünnənin hədis məcmuələrində bu səhabələrdən nəql edilmiş yüzlərlə hədis mövcuddur. Maraqlıdır ki, İslam tarixində özünəməxsus yer tutmuş, mühüm hadisələrdə aparıcı rol oynamış, hədis ravisi kimi məşhurlaşmış şəxslərin arasında da fiziki nöqsanı olanların adlarına rast gəlirik.

Mühüm nöqtələrdən biri bundan ibarətdir ki, Peyğəmbər (ə) zamanında yaşamış əlil səhabələrin adları qeyd edilərkən, bir qayda olaraq, onlara bu əlilliyi göstərən ləqəb qoşulmamışdır. Çünki əziz Peyğəmbərimiz (s) fiziki qüsurlu şəxslərin nöqsanını üzə vurmağı, onları bu nöqsanı qabardan ləqəblərlə çağırmağı qadağan edirdi. Dinimizdə şəxsin özünün acığı gələcəyi təqdirdə ona "uzun", "pota", "gombul", "çəpgöz", "çolaq", "keçəl", "kor", "pəltək", "dəli" kimi ləqəblər qoşmaq, özü olmadığı zaman belə, onu bu ləqəblərlə adlandırmaq günah sayılır.

Təfsirlərdə qeyd edildiyinə əsasən, Peyğəmbərin (s) bəzi xanımları öz aralarında bir-birini ləqəblə çağırıb məsxərə edirdilər. Məsələn, ümmül-möminin Ümmi-Sələmənin və ya ümmül-möminin Zeynəb bint Xüzeymənin boyu qısa olduğu üçün, ümmül-möminin Aişə ona istehza edib, eyibini üzə vururdu. Peyğəmbər (s) bu hərəkətə görə onları danlamışdı. Hətta bəzi təfsirlərdə "Hücurat" surəsinin 11-ci ayəsinin bu münasibətlə nazil olduğunu yazmışlar: "Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)" (Hücurat, 11).
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller