Çuğundur şirəsinin müalicəvi xüsusiyyətlərindən qədim zamanlardan istifadə edilib. Onun faydalı xxüsusiyyətləri ilə sizləri tanış etmək istəyirik.
Çuğundur şirəsi qan üçün çox faydalıdır
Çuğundur şirəsinin qanın tərkibinə müsbət təsir edir. O qırmızı qan hüceyrələrinin (ertrositlərin) formalaşmasına səbəb olur, onların midqarının artmasına səbəb olur. Eritrositlərin artması isə bütün orqan və toxumların oksigenlə qidalanmasına səbəb olur. Çuğundur şirəsinin orqanizmə müalicəvi təsit eləməsi üçün onu uzun müddət gün ərzində yarım litr qəbul etmək lazımdır.
Çuğundur şirəsinin qadın orqanizminə müalicəvi təsiri
Qadınların aybaşı zamanı cuğundur şirəsi içmələrində fayda var. Bu aybaşı zamanı meydana çıxan problemlərin azalmasına səbəb olur. Aybaşıönü baş verən patoloji əlamətləri aradan qaldırmaq üçün isə hər gün az miqdarda (50-100 qram) çuğundur şirəsi içmək lazımdır. Bu orqanizm üçün klimakteriya dövründə də çox müsbət təsirini göstərir. Belə ki, klimakteriya dövründə çuğundur şirəsinin orqanizmə təsiri sintetik hormonların təsirindən daha yaxşı olur.
Çuğundur şirəsi orqanizmddə kalsiumun sorulmasına yardım edir. Onun tərkibində 50% natrium, 5% kalsium var. Bu miqdar kalsiumun orqanizm tərəfindən daha yaxşı sorulmasına səbəb olur. Uzun müddət ət məhsulları ilə qidalandıqda qan damarlarının divarlarında artıq qida qalıqları yığılmağa başlayır. Bu isə ürək-damar xəstəliklərinin meydana gəlməsinə səbəb olur. Hər gün az miqdarda da olsa çuğundur şirəsi qəbul eləmək qan damarlarının təmiz qalmasına səbəb olur. Çuğundur şirəsi qan damarlarında kalsiumun sorulmasına səbəb olur.
Çuğundur şirəsi orqanizmin təmizlənməsində böyük rol oynayır. Çuğundur və yerkökü şirəsinin qarışımı orqanizmdən şlakların təmizlənməsinə səbəb olur. Orqanizmin təmizlənməsi üçün çuğundur və yerkökü şirəsi qarışımını az miqdardan başlayaraq içmək və hər gün miqdarını bir az artıqmaq lazımdır. Orqanizmin təmizlənməsi məqsədilə çuğundur şirəsi içildikdə sidiyin rəngi çuğundur şirəsi rəngində olaqsa o zaman müalicəni saxlamaq lazımdır. Bu sizin böyrəklərinizi detoksikasiyaya hazır olmadığının göstəricisidir.
Çuğundur şirəsi soyuqlama zamanı da çox faydalıdır.
Xalq təbabətində soyuqlama zamanı vitamin qəbulu əvəzinə çuğundur şirəsi qəbul edilir. Burun tutulması zamanı isə burun boşluğuna 2-3 damcı cuğundur şirəsi damızdrılır.
Çuğundur və yerkökü şirəsi
Yerkökü ilə çuğundur qarışımından hazırlann şirə daha dadlı olur. Şirəni hazırlayan zaman 1 hissə yerkökü şirəsi və 4 hissə çuğundur götürülür.