Bizə uşaqlıqdan deyiblər ki, konfet, şokolad, qənd dişlərdə kariyes yaradır, onları şürüdür. Lakin dişləri dağıdan təkcə şirniyyat deyil.
Stomatoloqlar dişlərin düşməni məhsulların, yeməyin siyahısını açıqlayıb.
Stomatoloq ortodont Mariya Balakireva dişlərdə kariyesə duz və turş, qələvili qidaların da səbəb olduğunu bildirib.
Yüksək turşuluqlu ərzaqlar diş arasında ilişib qalaraq minanı dağıdır.
"Ət, kolbasa, sosis, turşular, pitsa, duz, toyuq - hansı ki, diş aralarında ilişib qalır, təmizlənmir, onlar dişlərin dağılmasına səbəb olur.
Xüsusən boğaz üçün olan sovurma konfetlər, şüşə konfetlər təhlükəlidir.
Dişlərində kariyes olanlar nəinki şirindən, duzdan da uzaq durmalıdır. Şorabalar mina qatını daha sürətlə parçalayır".