Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

İslam dini nə üçün var?

742


Dinimiz, insanların dünya və axirət xoşbəxtliyinin qarantıdır. Yəni, İslam dininin, şəriətin məqsədi - insanların xoşbəxt həyat sürməsidir. Xoşbəxt həyat isə, təkcə var-dövlət və məqam/vəzifə yüksəkliyindən ibarət deyildir. Ağıl sahibi olan hər kəs, mal-dövlət sahibi neçə-neçə insanın heç də xoşbəxt həyat sürmədiyini çox gözəl bilir. Deməli, əsl xoşbəxtlik - mənəvi zənginlikdir. Müdriklərdən biri demişdir: "İslamla şərəfləndiyimiz və dinimizin buyuruqlarına əməl etdiyimiz üçün elə bir xoşbəxt həyatın içərisindəyik ki, padşahlar/krallar bunu bilsəydilər, bu xoşbəxtliyi bizdən ala bilmək üçün qılıncla döyüşərdilər.."

Rəbbimizin mükəmməl dini olan İslamın da, məhz bu yolda 5 ali və zəruri məqsədi vardır:

1. Dinin qorunması.

İslam dininin ilk məqsədi - insanların inancının doğru olmasını bərqərar etməkdir. Çünki Uca Allah, insanlara din olaraq İslam dinini bəyənib seçmiş və bu dinin insanlara təbliğini ən ali vəzifə adlandırmışdır. Çünki, insanların yaranma səbəbi, sadəcə olaraq yemək, ailə qurmaq, işləmək və digər dünyavi şeylər deyil, onu yaradan Uca Allaha boyun əymək, yalnız ona ibadət edərək heç bir şeyi Ona şərik qoşmamaq və beləliklə də bu imtahan dünyasından sonra olacaq haqq-hesab günü üçün çalışmaqdır:

"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım." (Quran, Zariyat 56)

Bu imtahandan uğurla keçərək, haqq-hesab günü üzü ağ olacaq kəsləri isə, əbədi olaraq davam edəcək gözəlliklər və heç bir üzüntünün olmayacağı xoşbəxtlik gözləyir.

Aişə rəvayət edir ki, Muhəmməd peyğəmbər ﷺ Kəbə haqqında belə demişdir:

لولا حداثة عهد قومك بالكفر لنقضت الكعبة، ولجعلتها على أساس إبراهيم

"Əgər sənin qövmün/millətin küfr dövrünə yaxın olmasaydı (küfrdən hələ yenicə xilas olmasaydı), mən onu uçurar və İbrahim təməli üzərində (bərpa) edərdim." (Buxari, 1583)

Peyğəmbərimizin, Məkkə müşriklərinin bütlərlə doldurduqları Kəbəni uçuraraq, yenidən bərpa edərək İbrahim peyğəmbərin təməli üzərinə tikməkdən vaz keçməsi, bu məqsədin - yəni, dinin qorunmasıdır. Şirk, küfr və dində yenilik (bidət) ortaya çıxarmanın qadağa olması, məhz dinin qorunması naminədir. ‎

2. Canların qorunması.

Dinimizin ikinci məqsədi, insan həyatının qorunması, təhlükəsizliyin təmin edilməsidir. Uca Allah belə buyurmuşdur:

‎"..bir-birinizi məhv etməyin/öldürməyin. Həqiqətən, Allah sizə qarşı Rəhmlidir." (Quran, Nisa 29)

Bununla da, haqsız yerə cinayət törətmək, insan qanı axıtmaq qadağan edilmişdir. Bu qadağaya müsəlman və qeyri-müsəlman olan hər bir insan aiddir. Ədaləti dünyada bərqərar etmək, insan həyatını qorumaq - tarix boyu müsəlmanların vəzifəsi olmuş, İslam fəthləri də, zülmün qarşısını alma məqsədi daşımışdır. Müsəlmanlar - ya onları təcavüz edənlərə qarşı vuruşmuş, ya da İslam dinin yayılmasına əngəl olan və öz xalqına qarşı belə zülm edən zalımlara qarşı fəth siyasəti aparmışdır. Cəmiyyət daxilində, sülh şəraitində yaşayan heç bir kəsin canına toxunulmaması - dinimizin ali məqsədlərindən biridir. Habelə, insan sağlamlığının qorunması naminə elm öyrənərək, tibb mütəxəssisi olmağa təşviq olunması da, dinimizin bu məqsədinin hasil olması üçündür.

3. Ağlın qorunması.

İnsan ağlı çox mühümdür. Çünki, yalnız ağıl sahibi olan insan, özünə və ətrafındakılara fayda verə bilər. Ağlı başında olmayan insan, yalnız fəsad törətməklə, özünə və digərlərinə zərər verəcəkdir. Uca Allah belə buyurmuşdur:

"Ey (Allaha və axirət gününə həqiqi mənada) inananlar! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə qurtuluşa çatasınız." (Quran, Maidə 90)

Ağlı dumanlandıraraq insanı sərxoş edən hər bir şeyin haram edilməsi, məhz ağlın qorunması məqsədinin hasil olması üçündür. Ağıl - insanın ən böyük sərvətidir. Bu sərvətin qorunması, İslamın insana verdiyi böyük dəyərin göstəricisidir.

4. Malın qorunması.

Sağlamlıq və ağıldan sonra insan üçün ən dəyərli amil - sahib olduğu mal-mülkdür. Bu səbəblə də, dinimiz hər bir şəxsin malına toxunulmamasını əmr etmiş, haqsızlıq və zülm edənlərin cəhənnəm odunda yanacaqlarını bildirmişdir. Uca Allah belə buyurmuşdur:

‎"..mallarınızı öz aranızda haqsız yerə yeməyin" (Quran, Nisa 29)

Oğurluq, faiz, sələmin və israfın haram edilməsi, bu məqsəd üçündür. Faizlə məşğul olaraq insanlardan artıqlamasıyla pul alan şəxslər də, israfçılıq edərək başqasının da istifadə edə biləcəyi şeyi zay edən kəslər də - İslamın bu 4-cü məqsədini ayaqlar altına atmış olurlar. Beləcə, cəmiyyətlərdə böyük fəsad və zülmün təməllərini ataraq, ağır günah qazanmış olurlar.

5. Nəslin qorunması.

Cəmiyyətin pisliklərdən mühafizə edilməsi naminə atılacaq ilk addım - ailə modellərinin qorunmasıdır. Çünki, ailə çökərsə, cəmiyyət çökər. Ailələrin sütunu isə, nəsillərin, həmçinin ata və ana modelləri üzərində qurulmuşdur. Uca Allah buyurmuşdur:

"Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (Quran, İsra 32)

Zinanın haram edilməsi, nəsillərin qorunması üçündür. Bu ali məqsədin qorunması üçün, zinaya birbaşa haram deyilməmiş, yaxınlaşmaq belə şiddətlə qadağan edilmişdir. Çünki, heç bir əməl dərhal baş verməz, o əmələ doğru aparan yolların sayəsində rahatlaşar və tədricən baş verər. Bu səbəblə də İslam dini - təhlükələr üçün önləyici tədbirlər görmüşdür. Atasız uşaqlar, dağılmış ailələr - cəmiyyətlərin çöküşünə səbəb olan ən böyük amillərdəndir. Dinimiz, nəsillərin qorunmasını, məhz buna görə ali məqsəd olaraq təyin etmişdir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller