Sağlam və xoşbəxt yaşamağin SİRLƏRİ
İnsan oğlunun ən böyük istəyi ən azı 100 il sağlam, xoşbəxt yaşamaqdır.Bunu necə bacarmağın yollarını axtaranlar heç də az deyil. Dünyanın dörd bir yanından olan ən yaşlı sakinlərinin uzunömürlülük məshələtlərini təqdim edirik.
Səhər yeməyinizə kəsmik və yerkökünü daxil edin.
Insan bir yerdən getməyə qərar verisə, demək orada heç bir işi qalmayıb. Dünyadan getmək istəmirsinizsə, daim özünüzə bir məşğuliyyət tapın. İncəsənətə meyl edin. 100 yaşınız olsa belə şeir yazın, musiqi bəstələyin, amma yaşayın.
Ölmək istəmirsiniz? Ölməyin! Həyatı pozitiv yaşayın. Sağlam yaşayın. Bunun üçün də mütləq idman edin.
Əsəb sizi sakit yaşamağa qoymur? Mütləq şahmat oynamağı öyrənin. Bütün stressiniz yox olacaq.
Gün ərzində ən azı 5 ədəd alma yeyin.
Naharda şorbasız keçinməyin.
Sosis və kolbasalardan tam imtina edin.
Yavaş-yavaş özünüzü buz kimi soyuq duşa alışdırın. Əzələləriniz və dəriniz də gənc qalacaq.
Daim yatağınızın yanında oxu kitabınız olsun. Hər oxuduğunuz yeni səhifə ömrünüzə bir il qatacaq.
Ətrafınızdakılara olan hiddətinizi ürəyinizdə saxlamayın. Bu acı çuvalı elə həmin insanın çiyninə atın.