Çərəzlər hər formada faydalı qida hesab edilir. Onları qida rasionumuza daxil edərək, ürək-damar xəstəlikləri riskini azalda, xolesterinin miqdarını normaya sala və əhval-ruhiyyənizi qaldıra bilərsiniz.
Insan orqanizmi üçün ən faydalı çərələri sizin üçün seçib və faydalarını araşdırıb:
1. Qoz - beynin fəaliyyətini yaxşılaşdırır, prostat xərçəngindən qoruyur. Qoz alma və salatlarla birlikdə yeyildikdə, daha yaxşı nəticə verir.
2. Yerfındığı - paxlalılar fəsiləsinə aid olmasına baxmayaraq, çərəzlərin bütün faydalı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun tərkibində bol miqdarda zülal və vitaminlər mövcuddur.
3. Badam - badamın tərkibi doymuş yağlarla, zülalla və liflə zəngindir.
4. Püstə - bu çərəz olduqca faydalı hesab olunur. Onun tərkibində iltihab əleyhinə antioksidantlar mövcuddur. Qida rasionuna bu çərəzi daxil edən insanlar öd kisəsi daşlarından daha az əziyyət çəkir.