"Sevda Yahyayeva mənə od qoydu"
Müğənni-bəstəkar Murad Arif "Sənə ehtiyacım var" adlı mahnısı ilə bağlı maraqlı açıqlama verib.
sənətçi 106.3 FM-də qonaq olarkən deyib ki, bəstəni müğənni Sevda Yahyayevaya göndərib, amma bəyənməyib:
"Mahnı iki il maşınımda yatdı. Heç bir müğənni bunu oxumaq üçün pul vermədi. Yazdım, Röyanın Türkiyədəki prodüserinə göndərdim. Dedi ki, qulaq asdı, özünü bunda görmədi. Röya mahnını bəyənmədi. Xatirə İslama göndərdim, dedi mənə çılğın mahnı yaz.
Sevda Yahyayevaya göndərdim, mənə od qoydu. Kitabxanalarla kitab oxuyan mənim mahnımın sözlərinə Sevda primitiv dedi. Deyir, çox bədbin mahnıdır, şuh mahnı yaz. Göndərdim Günay İbrahimliyə dedi, əlimdə nə qədər lirik mahnı var, istəmirəm.
Oturub bir gün özüm qulaq asırdım, Xəyyam Nisanov gəldi. Dedi, ver qulaq asım, asdı və bəyəndi. Mən də Xəyyama vermək istəmirəm, çünki xanım üçün yazılıb. Xəyyam götürdü, dedim, onda ya Röya, ya da Brilliant dadaşova ilə duet oxuyacaqsan. Xəyyamda Rusiyada toyda Röyaya qulaq asdırıb. Röya mənə yazıb ki, niyə bunu mənə vermədin, indi duet oxuyacam? Mahnını Xəyyam və Röya duet oxudu və tutdu".