Sual: Ramazan ayında səfərdə olan şəxs nəzir edib oruc tuta bilərmi?Cavab: Bütün müctəhidlərin rə`yi:
Xeyr, icazə yoxdur.
Sual: Həzrət Seyyidüş-şühədanın (İmam Hüseynin (ə)) bargahına daxil olduqdan sonra, orada nəzir edib oruc tuta bilərəmmi?Cavab: İmam Xomeyni, Təbrizi, Safi, Fazil, Nuri və Vəhid:
Səfərdə nəzir orucu tutmağa icazə yoxdur.
Behcət, Xamenei və Sistani:
Bəli, səfərdə nəzir orucu tutmağa icazə var və bu oruc səhihdir. (Xamenei, Sistani və Behcətin katibliyi)
Məkarim:
Səfərdə nəzir orucu tutmağın eybi var və nəzir etmiş olarsa, vacib ehtiyata əsasən, öz nəzrinə əməl etməlidir.
Sual: Öz vətənimizdə səfərdən qabaq nəzir edib müstəhəb oruc tutmağın hökmü nədir?Cavab: Bütün müctəhidlərin rə`yi:
Bəli, bu nəzir səhihdir.
Sual: Vətəndə nəzir edib, ramazan və ya onun qəza orucunu səfərdə tutmaq olarmı?Cavab: Bütün müctəhidlərin rə`yi:
Xeyr, bu oruc düzgün deyil.