Qeydiyyat

Sekiller, Sevgi, Maraqli, Menali, Yukle, Profil,

Yazili Sekiller, Sekiller Yukle, Profil Sekilleri, Sevgi Sekilleri, Sekil Yukle, Maraqli Sekiller, Menali Sekiller, Profil Ucun, Status Sekilleri,

Orucun fəlsəfəsi - təqva

410


"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bəlkə təqvalı olasınız" (Bəqərə, 183).

Orucluq barədə danışılan moizələrdə və yazılan kitablarda Qurani-kərimin yuxarıdakı ayəsinə tez-tez istinad edilir. Bu ayə Ramazan orucunun bütün müsəlmanlara vacib olduğunu bəyan edən ən mühüm dini dəlillərdən biridir. Təsadüfi deyil ki, oxuduğunuz məqalədə biz də məhz bu ayənin bəzi özəllikləri üzərində durmağı qərara aldıq.

Ayənin təfsiri barədə deyiləsi məqamlar həddən artıq genişdir. Qısaca bunu deyə bilərik ki, ayənin oxunuşu zamanı bu dörd əsas məqam diqqətimizi cəlb edir:

Birincisi, ayə "ey iman gətirənlər!" xitabı ilə başlayır. Yəni "iman gətirmiş" adını daşımaq və bu ada layiq olmaq üçün ayənin göstərişinə əməl etmək, yəni oruc tutmaq lazımdır.

İkincisi, oruc hökmü İslamdan əvvəlki səmavi dinlərdə də mövcud olmuşdur. Bu gün də səmavi dinlərin ardıcılları oruc tuturlar.

Doğrudur, onların orucu müsəlmanların orucundan fərqlidir, amma bəzi alimlər bu fərqliliyin sonralar təhrif nəticəsində yarandığını iddia edirlər. Hər halda, Allah bütün peyğəmbərlərinə insanları oruca çağırmağı əmr etmişdir (oruc qaydalarında şər'i fərqlər olsa belə).

Üçüncüsü, oruc müsəlmanlara vacibdir, Quran təbiri ilə desək, onlara "yazılmışdır". Buradakı "yazılmışdır" ifadəsi "fərz (vacib) edilmişdir" kimi qəbul olunur.

Nəhayət, dördüncüsü və ən mühümü, oruc tutmağın əsas fəlsəfəsi insanları təqvaya doğru yönəltməkdir. Oruc tutmağın əsas məqsədi nə bədəndəki artıq piyləri əritmək, nə acların halını duymaq, nə fiziki məhrumiyyətlərə qarşı dözüm əldə etməkdir.

Bunlar əslində orucun nəticələridir. Eyni zamanda, bunlar əslində təqvanın ayrı-ayrı tərkib hissələri, şöbələridir. Orucun hər bir fiziki və mənəvi faydası insanı əsas hədəfə - təqvaya doğru aparır.

Müsəlman oruca başlayarkən "qürbətən iləllah", yəni Allaha yaxın olmaq, Onun razılığını qazanmaq, Onun tapşırığını yerinə yetirmək niyyəti edir. Amma Allah üçün edilən hər bir ibadətin ilk növbədə bizim özümüzə xeyri var.

Allahın heç nəyə ehtiyacı yoxdur, bizim ibadətlərimizə də həmçinin. Onun buyurduğu hər nəyi ediriksə, yalnız dünyada və axirətdə özümüzə xeyir qazandırmış oluruq. Bu xeyirin başında isə təqvalı olmaq durur.

Təqva - Allahın əmr və qadağanlarına əməl etmək, haramlardan çəkinmək, hər an ilahi qüvvənin nəzarəti altında olduğumuzu anlamaq, əməllərimizə məsuliyyətlə yanaşmaq, hər bir pis əməlimizə görə cavab verəcəyimizi düşünmək, hər kəsin haqqını verməyə, heç kimə təcavüz etməməyə çalışmaq deməkdir.

Bütün xeyir əməllərin kökündə təqva durur. İbadətlər, savablar təqva ilə həyata keçir. Günahlar təqva üzündən tərk edilir. Nəfslə mübarizə əslində təqvanı möhkəmləndirmək deməkdir.

Oruc tutan adam nəinki haramlardan, hətta başqa vaxtlar ona halal edilmiş nemətlərdən belə, çəkinir. Oruc tutan adam səbrli, güzəştli, barışqan olur. Oruc tutan adam öz nəfsi üzərində hakimiyyət qazanır, ac ikən yeməməyin, susuz ikən içməməyin qələbəsini və təntənəsini duyur. Oruc tutan adam bir ay boyunca acların, kasıbların, məhrumların vəziyyətini canlı olaraq hiss edir.

Oruc tutan adam qalan 11 ayda Allaha daha yaxşı ibadət edə bilmək üçün bədənini artıq piylərdən təmizləyir. Oruc tutan adam yalnız mədəsini yeməkdən deyil, gözünü harama baxmaqdan, qulağını yalan və qeybət eşitməkdən, dilini söyüş söyməkdən, əlini günah etməkdən, ayağını haram dalınca getməkdən çəkindirir.

Bütün bunların kökü, məğzi təqvadan ibarətdir. Dözümlü insan, mərhəmətli insan, səbrli insan, sağlam insan, nəfsini cilovlaya bilən insan, günahdan çəkinən insan... Bunların hamısı birləşib bir obrazı - Təqvalı İnsan obrazını yaradır.

Oruc tutan şəxsin bütün davranışı təqva üzərində qurulur, təqvanı möhkəmlətməyə xidmət edir. Bir şərtlə ki, tutduğu oruc yuxarıdakı şərtlərə cavab versin.

Bu şərtləri kim daha dəqiq yerinə yetirirsə, deməli, təqvası daha çoxdur. Və deməli, tutduğu oruc daha düzgün, Allaha daha layiq və Allah dərgahında daha məqbuldur.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
loading...
Oxsar Xeberler:
© 2017. FIALKA.AZ
Profil Sekilleri, Sevgi Sekilleri, Yazili Sekiller, profil sekilleri, yazili sekiller, sevgi sekilleri 2019, sekiller yukle, profil sekilleri 2019, yazili sekiller 2019, yazili sekiller, super yazili sekiller, sevgi yazili sekiller, sekiller yukle, sekiller 2018, maraqli sekiller, gulmeli sekiller, yeni sekiller, romantik sekiller, profil sekilleri, ayriliq sekilleri, dini sekiller, gozel sekiller, instagram sekilleri, xanimlarin sekilleri, xanim sekilleri, xanimlardan sekiller, Qarisiq Menali Sekiller, Qarisiq Sekiller, Qarisiq Sevgi Sekiller, Qarisiq Yazili Sekiller, Menali Yazili Sekiller, Maraqli Menali Sekiller, Profil Wekiller, Wekiller, Yeni Yazili Sekiller, maraqli sekiller yukle, super profil, profil wekiller, status sekilleri yukle, qiz sekilleri, yazili sekiller yukle, gozel sekiller, sekil yukle, yazili sekiller instagram, romantik yazili sekiller, super yazili sekiller, gozel yazili sekiller, ask yazili sekiller, instagram Sekilleri, sekil, sekiller yukle, wekiller, yazili wekiller, instagram wekilleri, wekiller yukle, menalı şekil yükle, status şekilleri yükle, ask sekilleri, sevgi sekilleri, yazili sekil, super profil wekiller, sekiller profil sekilleri , sekiller romantik sekiller, maraqli sekiller yukle, sekiller yukle sekiller, yeni yazili sekiller, yazili sekiller maraqli, sekiller yeni sekiller, qarisiq yazili sekiller, statuslar sevgi statuslari, gozel sekiller instagram, yazili sekiller sekiller, romantik sekiller profil, maraqli yazili sekiller, ayriliq sekilleri dini, sekilleri dini sekiller, profil sekilleri ayriliq, sekiller yazili sekiller, sekiller qarisiq yazili, qiz sekilleri 2018, profil sekilleri menali, instagram sekilleri 2018, menali yazili sekiller yukle, maraqli yazili sekiller yukle, sevgiye aid sekiller, menali yazili sekiller yukle, yazili sekiller instagram 2018, sevgiye aid yazili sekiller, Instagram Sekilleri yukle, sevgi sekilleri yukle, maraqli sevgi sekilleri, yazili sekilleri yukle, darixmaga aid sekiller, maraqli status sekilleri yukle, yazili sevgi sekilleri, menali sozlu sekiller yukle, romantik sevgi sekilleri instagram, darixmaga aid yazili sekiller, maraqli sevgi sekilleri yukle, profil sekli yukle, Sekiller | yazili sekiller | profil sekiller | xanimlardan sekiller