"Mançester Yunayted" qolkiper David de Xeanın məvacibini artırmayacaq.
Klub ispaniyalıya ən yüksək məvacibli müqavilə təklif etmək niyyətində deyil. Mançester təmsilçisi qapıçıya həftəlik 400 min avro ödəməyə hazır idi. Lakin de Xeya razılaşmayıb. Danışıqlar alınmasa qolkiper yayda azad agent kmi "Mançester Yunayted"dən ayrılacaq.
Qeyd edək ki, "qırmızı şeytanlar"ın heyətində Pol Poqba və Aleksis Sançes hamıdan çox məvacib alır.