Məmun niyə öz qızının İmam Cavadla evliliyində israr etdi?
İmam Cavadın (ə) 9 yaşı olmasına baxmayaraq, Məmun onun malik olduğu elmdən və mərifətdən agah idi. Onu öz kontrolu altında saxlamaq üçün qızı Ümmil-Fəzllə evlənməsini istəyir. Bir çoxları bu evliliyə müxalifətlik edirlər. Ancaq Məmun elmi məclis təşkil edir və Yəhya ibni Əksəmlə 9 yaşlı İmamı (ə) qarşılaşdırır. Bu yolla sübut edir ki, İmamın (ə) yaşının az olmasına baxmayaraq, elm və hikmət cəhətdən hamıdan daha üstündür.
Məmunun bu evlilikdə bir çox səbəbləri var idi, o cümlədən:
1. Qızını İmamın (ə) evinə göndərərək, düşünürdü ki, onu davamlı olaraq öz kontrolu altında saxlayacaqdı.
2. Öz avam düşüncəsinə görə, niyyət edirdi ki, İmamı (ə) saray əhlinin məclislərinə yaxınlaşdırsın.
3. Bu qohumluq əlaqəsi ilə Əli (ə) sevərlərin qiyamının qarşısını almaq istəyirdi.
4. Bəzən avamcasına deyərdi: "Mən bu evliliyi ona görə istəmişəm ki, qızımın İmamdan (ə) övladı olsun və mən də Peyğəmbər (s) övladının babası olum".
Ancaq onun bu arzusu ürəyində qalır və qızının övladı olmur.