Lənətlik şeytan Həzrət Adəmə (ə) səcdə etməkdən boyun qaçırtdıqdan sonra behiştdən qovuldu.
Şeytan dedi: "Pərvərdigara! İndi ki, məni Öz rəhmətindən uzaqlaşdırırsan, ibadətlərim nə olacaqdır? Sənə minillərlə ibadət etmişəm, onun ancaq dörd minini iki rükət namazla keçirtmişəm. Bundan başqa, Özün buyurmusan ki, əməl edənin əməlini zay etmərəm. Məgər layiqlidirmi ki, bir səhvə görə mənim minillik əməlimin muzdu aradan getsin?".
Xitab gəlir ki, heç bir əməlin muzdu Mənim yanımda zay olmaz. Ancaq o kəsin ki, axirətdə savabının verilməyə qabiliyyəti yoxdur, dünyada hər nə istəsə, verərəm.
Şeytan (lən) dedi: "Mən əməlimin muzdunu dünyada Səndən istəyirəm. Çünki Adəmin (ə) vasitəslə cəhənnəmlik oldum, hacətimi də Adəmin və onun övladıları barəsində qərar verəcəyəm".
Xitab gəlir: "Hacətini de ki, sənə bağışlayım".
Şeytan (lən) deyir: "Əvvəl budur ki, Qiyamətə qədər diri qalmağıma icazə verəsən".
Allah buyurur: "Əgər ölümdən və can verməkdən nicat tapmaq istəyirsənsə, Mənim iradəm budur ki, hər kim dünyaya gələr, ölümün dadını hiss edər.
Əgər o kəsin sorağına ölüm gəlməzsə, axirətdə ölüm yoxdur. Həmin gün hamı dirilər. Möminlər behiştin naz və nemətində, müşriklər cəhənnəm əzabında olacaqlar. Ona görə də ölümdən nicat tapmaq heç kəs üçün olmaz. Sənə məlum olan günə qədər möhlət verirəm".
"İkincisi budur ki, Allahım, Səndən istəyirəm ki, hər bir Adəm övladları qarşısında mənə iki övlad əta edəsən".
Ona görə də hədislərdə oxuyuruq ki, bir Adəm övladı dünyaya gələn zaman ona iki şeytan hakim olar və onu vəsvəsə edərlər.
Üçüncüsü deyir: "Allahım! Səndən istəyirəm ki, məni Adəm övladının bədənində qan kimi axıdasan. Bədəninin harasında istəsəm onu günaha tərəf çəkə bilim".
Dördüncü budur ki, Səndən istəyirəm ki, Adəm övladları bizi görməsinlər. Ancaq biz onları görək.
Beşinci budur ki, mənə bu qüdrəti verəsən ki, hansı şəklə istəsəm, düşə bilim.
Altıncı budur ki, Allahım, Səndən istəyirəm ki, Adəm övladında olan ruha hakim olam.
Yeddincisi budur ki, məni Adəm övladının sinəsində hakim edəsən ki, onu vəsəvəsə edim.
Şeytan bu hacətlərini Allahdan istəyən zaman deyir: "Ey Allahım, İzzət və Böyüklüyünə and olsun ki, onların hamısını yolundan azdıracağam.
Mən onları qarşılarından (onların qarşıda axirətləri vardır və nəzərlərində onu kiçik hesab etdirəcəyəm), arxalarından (onları mal toplamağa məşğul edəcək və vacibatı verməkdən simiclik edəcəklər), sol (maddi ləzzətləri onların nəzərində cilvələndirəcəyəm) və sağ (mənəvi işlərini şəkk və şübhə ilə zay edəcəyəm) tərəflərindən soraqlarına gedəcəyəm.
Sən onların əksər hissəsini şükür edən görməyəcəksən".