İlahi, ey kaş Səndən o qədər çəkinim və təqvaya malik olum ki, şeytan (lən) məndən ümidini kəssin.
İlahi, kaş tövbələrim həqiqi tövbə olsunlar.
İlahi, kaş Sənə layiq olan şəkildə Sənə ibadət edə bilim.
İlahi, kaş Sənə xaliscəsinə ibadət edə bilim, Sənin muxlis bəndələrindən olum.
İlahi, kaş bütün ibadət və niyyətlərim ancaq Sənin razılığını əldə etmək üçün olsun.
İlahi, kaş elə əmələ düçar olmayım ki, Sən rəhmət nəzərini məndən çəkəsən.
İlahi, kaş xeyir işlər görməkdə başqalarından daha qabaqda olum.
İlahi, kaş bütün hallarda Sənə şükür etməyi və həmd etməyi bacarım.
İlahi, kaş hikmət və təqdirin qarşısında tam şəkildə təslim olmağı bacarım.
İlahi, kaş Sənə etimad edə bilim, şeytana (lən) uymayım.
İlahi, kaş hər bir halda Sənə səcdə edən və Sənə namaz qılanlardan olam.
İlahi, kaş dilim Səni həmd etməkdən başqası üçün açılmasın, gözlərim Sənin nişanələrindən başqasını görməsin, qulaqlarım əzəmətli xilqətinin varlıqlarının səsindən başqasını eşitməsin, qəlbim ancaq Səni zikr etmək üçün döyünsün.
İlahi, kaş yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirənlərdən olum.
İlahi, kaş şeytanın (lən) vəsvəsəsinə uyub, nəfsimə aldanmayım və bu dünyanın bər-bəzəyinə məftun olmayım.
İlahi, kaş İslamı müdafiə edənlərdən və Quranı təbliğ edənlərdən olum.
İlahi, kaş məndən razı olmayan zaman canımı almayasan. Çünki Qiyamət günü qarşına üzüağ şəkildə çıxmaq istəyirəm.
İlahi, kaş bütün günahlarımı bağışlayasan və bu dünyadan məni bağışlanmış halda aparasan! Amin!