Vəli Puriyayi məşhur güləşçi olmuşdur. O, şəhərləri gəzir və hər diyarın pəhləvanı ilə güləşirdi. O, bu cür yaşayırdı. Bir gün İsfahana gəldi ki, buranın pəhləvanı ilə mübarizə etsin.
Güləşməzdən əvvəl Puriyayi İsfahanın küçələrində gəzirdi. Bir qoca qarıya rast gəldi ki, camaata halva paylayırdı və deyirdi ki, bu halvanı nəzir etmişəm.
Puriyayi ondan soruşur: "Anacan, bu nəziri nə üçün etmisən?".
Qadın dedi: "Oğlum bu şəhərin məşhur pəhləvanıdır. Ailənin dolanışığını bu yolla əldə edir. Bu gün güləşi olacaqdır, ona görə nəzir etmişəm ki, qalib gəlsin, bizim də ruzimiz kəsilməsin".
Qarının bu sözləri Vəliyə təsir qoydu. Bilmirdi ki, nə etsin?
Həmişəki kimi güləşib qalib olsun, yoxsa Əmirəl-möminin (ə) buyurduğu kimi, nəfsinə qalib, gəlib o ailənin ruzini kəsməsin.
Hər bir halda mübarizə zamanı gəlib çatır və Puriyayi görür ki, rəqibi güclü deyildir. Ancaq nəfsinə qalib gəlir və özünü igid şəkildə yerə yıxır. İsfahanlı pəhləvan da ayağını onun sinəsinə qoyur.
Puriyayi üzünü göyə qaldırıb, ürəyində deyir: "Allahım, ancaq Sənin üçün idi bu əməl, qəbul et!".
Bax, beləcə məşhur pəhləvan ən böyük qələbəsini əldə edir - nəfsinə qalib gəlir və ən dəyərli ehsanını edir - Allah yolunda ən böyük qurbanını ixlasla verir.