Məşhur mütəfəkkir Mahatma Qandi
"Mən İslamın böyük şəhidi olan İmam Hüseynin (ə) həyatını diqqətlə oxumuşam. Kərbəla səhifələrinə nəzər salmışam. Mənim üçün aydın olmuşdur ki, əgər Hindistan qalib bir ölkə olmaq istəyirsə, gərək İmam Hüseyn (ə) kimi örnəyə itaət etsin və ardıcılı olsun".
Çarlz Dikkens
"Əgər Hüseynin (ə) döyüşündəki məqsəd dünya olsaydı, mən başa düşmürəm ki, niyə bacıları, həyat yoldaşları və övladları onunla birlikdə idilər?! Ona görə ağıl belə hökm edir ki, o, sırf əqidəsinin müdafiəsi üçün fədakarlıq etmişdir".
Amerika tarixçisi Ayronik
"İmam Hüseyn (ə) Yezidin (lən) iradəsinə təslim olaraq, nicat tapa bilərdi. Ancaq İslam dininin rəhbərlik məsuliyyəti icazə vermir ki, o, Yezidi xəlifə olaraq tanısın".
Frederik Ceyms
"İmam Hüseynin (ə) və hər bir şəhid olan qəhrəmanın dərsi budur ki, dünyada əbədi ədalət, məhəbbət üsulu mövcuddur. Nə zaman bu sifətlər üçün müqavimət göstərərlər, həmin sifətlər dünyada qalıcı olarlar".
Xristian alimi Corc Cerdaq
"O zaman ki, Yezid (lən) kimlərisə İmam Hüseyni (ə) öldürməyə təşviq edirdi, onlar deyirdilər: "Nə qədər pul verəcəksən?".
Ancaq Hüseynin (ə) ənsarları ona deyirdilər: "Biz yetmiş dəfə öldürülsək belə, səninləyik.
Yenə də sənin rikabında vuruşub, ölmək istəyirik"".