Hər səhər şokolad yeyin – Çox faydalıdır
Çox az adam tapılar ki, şokoladı sevməsin. İndi təqdim edəcəyimiz xəbər bu şirniyyata olan sevgini daha da artıracaq.
Mütəxəssislər səhər yeməyində mütləq şokolad qəbul etməyi məsləhət görürlər. Onların sözlərinə görə, səhər şokolad yemək gün ərzində beyinin yaxşı işləməsinə, tərkibində olan flavonoidlər insanda qan dövriyyəsinin yaxşılaşmasına kömək edir. Bundan başqa şokolad ürək xəstəlikləri, xərçəng kimi xəstəliklərlə mübarizə aparır, dərini və sümükləri bəsləyir, həmçinin yaşlanmanın qarşısını almağa kömək edir.