"Nə əkərsən, onu biçərsən" məşhur məsəli həyatımızın bütün sahələrinə aiddir. O cümlədən, uşaqların tərbiyə mövzusuna. Təəssüf ki, bir çox valideyn hələ də bu əlaqəni müəyyənləşdirə bilmir. Yadda saxlayın ki, övladlarınız çox vaxt sizdən görüb-götürür.
Bu dəfə tərbiyənin qızıl qaydaları ilə tanış edir.
Anlamaq, yoxsa günahlandırmaq? Xoş sözlər, yoxsa qışqır-bağır? Təbəssüm və ya çatılmış qaşlar? Ümumiyyətlə, tərbiyə prinsipiniz düzgündürmü?
Bu suala cavab vermək üçün sadə həqiqətləri nəzərdən keçirin:
Tənqid uşaqlara günahlandırmağı öyrədir.
İstehza uşaqlara inamsız olmağı öyrədir.
Düşmənçilik uşaqları münaqişəyə öyrədir.
Qəzəb uşaqlara başqalarını incitməyi öyrədir.
Anlaşılmazlıq uşaqlara heç kimə qulaq asmamağı öyrədir.
Aldatmaq uşaqlara yalan danışmağı öyrədir.
Günahlandırma uşaqlara özünəinamsızlığı aşılayır və hər şeyin günahını özündə axtarmağa məcbur edir.
Və yalnız çox güclü iradəsi olan uşaqlar bu çirkin çərçivəni qıra bilər.
Digər tərəfdən...
Dəstək uşaqlara qorumağı öyrədir.
Səbir uşaqlara balansı öyrədir.
Tərif uşaqlara özünə inanmağı və ya öz prinsiplərindən heş vaxt vaz keçməməyi öyrədir.
Dürüstlük uşaqlara ədaləti öyrədir.
Təhlükəsizlik uşaqlara güvənməyi öyrədir.
Xeyir-dua uşaqlara özlərinə hörmət etməyi öyrədir.
Sevgi uşağa mərhəmətli olmağı öyrədir.
Seçim azadlığı uşaqlara öz qərarlarına görə məsuliyyət daşımağı öyrədir.
Və belə bir tərbiyəni pozmaq demək olar ki, mümkün deyil.
Odur ki, uşağa əsəbiləşməkdən, onu tənqid etməkdən, aşağılamaqdan, aldatmaqdan, günahlandırmaqdan başqa heç nə etməyən valideyn anlamalıdır ki, onu qarşıda yaxşı heç nə gözləmir. Uşağın nə cür böyüyüb boya-başa çatmasında isə ana və ata birbaşa məsuliyyət daşıyır.